Sarıkök suyunun faydaları

Ötən məqaləmizdə sarıköklə müalicə üsullarından bəhs edib, bir neçə resept təqdim etmişdik. Bugün isə Sizlərə sarıkök suyunun hazırlanmasını və bu suyun nələrə faydalı olduğundan söz açacayıq.

Sarıkök suyunun hazırlanması:

Bir stəkan ilıq suya bir çay qaşığı üyüdülmüş sarıkök ilə birlikdə bir çimdik istiot əlavə edin. Qarışımı o dəqiqə için.

Sarıkök suyu hər səhər içilməlidir və sağlıq baxımından faydaları isə bunlardır:

Sarıkökün tərkibindəki kürkümin maddəsi damarlardakı düyünləri yox edir və qan laxtasının yaranmasının qarşısını alır. 
Beyni qoruyur. Alimlərin fikrincə böyümə hormonunun aşağı səviyyədə olması (BDNF), yaddaşsızlıq və huşsuzluqla bağlıdır. Sarıkökün tərkibində olan kürkümin maddəsi isə bu hormonun səviyyəsinə nəzarət edir, yaşla bağlı beyin xəstəliklərini əngəlləyir.

Öd kisəsinin funksiyalarını yaxşılaşdırır, qaraciyəri toksinlərin təhlükəli nəticələrindən qoruyur və fəsadlı qaraciyər hüceyrələrini yaxşı şəkildə yeniləyir. Yaşlanmanı yavaşladır, uzun ömrü dəstəkləyir.

Tənəffüs yolu xəstəlikləri, astma, bronxit, sinuzit üçün faydalıdır.

– Katarakt yaranmasının qarşısını alır.
– İflicə də təsirlidir.
– Mədədə köp dağıdıcıdır.
– Sarılıqda effektlidir.
– Qansızlığın qarşısını alır
– Sütun xərçəngində mükəmməl effektləri var.
– Daş yaranmasının qarşısını alır, sidik yolu və dalaq xəstəliklərində effektlidir.
– Xolesterolu çox tez aşağı salır.
– Ürək sağlığını dəstəkləyir.
– Güclü antioksidan olduğundan kürkümin xərçəngin qarşısını alır.
– Şişkinliyi, ağrını müalicə etməkdə effektlidir.
– Həzmi tənzimləyir. Sarıkökü davamlı yemək həzmi yaxşılaşdırır.
 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673