Sarımsağın tarixi

Sarımsağın tarixi haqqında qısa məlumat

Sarımsağın tarixi eramızdan əvvələ dayanır. Çox qədim zamanlarda misirlilər, yunanlılar, rumlar yeməklərinin tərkib hissəsi kimi istifadə etməyə başlamışdılar. Misirlilər sarımsağı müqəddəs bitki hesab edirdilər. Sarımsaq Misirdən Yunanıstana keçmiş və onun becərilməsinə xüsusi diqqət verilmişdir. Onlar sarımsağa dərman bitkisi kimi baxırmışlar. Çində yaşayan əhalinin yeməyində sarımsaq əsas yerlərdən  birini tuturmuş.

Sarımsaq, mənşəyinə görə dağ bitkisi olub, əvvələr yabanı halda dağlarda bitmiş, daha sonralar isə insanların təkammülü ilə birlikdə mədəniləşdirilərək yeni növləri yaradılmışdır.

Sarımsağın yetişdirildiyi ölkələr

sarımsagin tarixi
Sarımsağın tarixi

Sarımsaq, Çindən Avropaya, o cümlədən də Rusiyaya keçmişdir. Rusiyada sarımsağın tarixi əkinçiliyin tarixi ilə bağlıdır. XVI əsrdə isə ingilislər milli yeməklərinə qatmağa başlayıblar. XVIII əsrin başlanğıcında Fransada sarımsaq şirəsini bədənə sürtməklə vəba xəstəliyinin qarşısını alırdılar.

Sarımsağın yabanı formasına Hindistanın Şimal hissəsində, Əfqanıstanda, Aralıq dənizi ölkələrində, Qafqazda, Orta Asiyada və Sibirdə rast gəlmək  olar. Mədəni sarımsaq-Allium satirum alliasia fəsiləsinə aid olub, cinsi adı alliumdur.

Müxtəlif uzun müddət öyrənilməsi nəticəsində sarımsağı iki yarımnövə bölüblər: çiçək zoğu əmələ gətirən və çiçək zoğu əmələ gətirməyən. Onun çiçək zoğu əmələ gətirən yarımnövü Orta Asiyanın dağlıq rayonlarında, Şimali Qafqazda, çiçək zoğu əmələ gətirməyən yarımnövü isə keçmiş SSRİ ərazisində, həm də Qərbi Avropada və ABŞ-da geniş yayılmışdır.

Sarımsağın məhsuldarlığını artırmaq üçün bu məqaləmizə keçid edə bilərsiniz.

Müəllif: Hüseynbala Seyfullayev

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!