Sarımsaq tozu

Sarımsaq tozu sarımsağın ən praktik istifadə və saxlama şəklidir. Bilirsiniz ki, sarımsağı uzun müddət keyfiyyətli saxlamaq müşkül məsələdir. Xüsusən bu il sarımsaq fermerlərin anbarında yığılıb qalan bir vaxtda belə bir mövzu çoxlarına maraqlı olar. Sarımsaq tozunu sarımsaq istifadə olunan bütün yeməklərdə istifadə eləmək mümkündür və təzə sarımsaqdan fərqi çox azdır. Düzgün şəraitdə uzun müddət saxlamaq olur. İyi isə təzə sarımsaqdan daha azdır. Vaxt darlığı olanlar və istehsalat üçün əla vasitədir.

Sarımsaq tozu hazırlanması

Təzə sarımsağın tərkibi 80% sudur. Sarımsaq qurudulub üyüdülür və 5 kq sarımsaqdan 1 kq toz əldə edilir. Qurutma prosesində su buxarlanır, geriyə isə faydalı maddələr qalır. Sarımsağın faydaları haqqında bu məqaləmizdə oxuya bilərsiniz.

Sarımsaq tozu

Evdə sarımsaq tozu hazırlamaq asandır. (Demək biznes məqsədi ilə də) Bunun üçün 1-2 kq sarımsaq götürüb, qabıqlarını təmizləyirik. Sonra yumru şəkildə dilimləyirik. 
Doğranmış sarımsaqları yağlı kağız sərilmiş soba məcməyisinə yayırıq. Fərqli şəkillərdə sobaya qoyub quruda bilərik. Məsələn, 200 dərəcədə qoyub yaxşıca quruyana kimi bişirək. Sarımsaqların rəngi dəyişdikdə və bərkləşdikdə deməli tamam quruyub.
Qurumuş sarımsaqları soyumağa qoyuruq. Sonra blenderdən və ya kofe üyüdəndən keçirib toz halına salırıq. Un halına düşən sarımsaq tozunu 30 dəq daha otaq tempraturunda saxlayıb, şüşə bankaya yığıb qapağını bağlayaq. Aylarca təzə qalması üçün qaranlıq yerdə saxlayın. Sarımsaq tozunuz hazırdır, yeməklərinizə əlavə edə bilərsiniz.

Harda istifadə olunur

  • Hazır suplarda istifadə olunur
  • Bulgur və plov qarışıqlarında istifadə olunur
  • Tərəvəz ətirləndirici kimi  istifadə olunur
  • Çəkilmiş ətə vurulur
  • Makaron istehsalında istifadə olunur
  • Biskivit, kreker istehsalında  istifadə olunur
  • Heyvan yeminin tərkibində  istifadə olunur.

Sonda rusların da fərqli sarımsaq tozu hazırlamaq video-reseptini sizə təqdim edirik.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669