Sarımsaq xəstəlikəri və mübarizə yolları

Sarımsaq Pas xəstəliyi:

Sarımsaq xəstəlikləri dedikdə ilk ağıla gələn: Sarımsaq üçün pas xəstəliyinin törədicisi Puksinia göbələyidir. Xəstəlik göy soğanda və sarımsaqda təsadüf edilir. Göbələk əsasən yarpaqları zədələyərək, kiçik nöqtəvari yastıcıqlar əmələ gətirir. Yarpaqlar xəstəliyin nəticəsində saralır və quruyur. Pas xəstəliyinə tutulmuş bitkilər zəif inkişaf edir, məhsulu keyfiyyətsiz olur. Bəs onunla necə mübarizə aparmaq lazımdır? Belə ki, bu halda bitki qalıqları məhv edilməlidir, növbəli əkinə riayət olunmalıdır. Əkim qabağı sarımsağın (soğan da bunun kimi) 90%-li formalinlə 40 ml 10 litr suda qarışdırıb dərmanlamaq lazımdır.

Sarımsaq xəstəlikləri

Sarımsağın digər ziyanvericisi soğan milçəyidir. Azərbaycanda geniş yayılmışdır. Soğan və sarımsağa ziyan veiri. Pup mərhələsində torpağın 10-12 sm dərinliyində qışlayır. Aprel-may aylarında pupdan milçəklər uçur. Milçəklər yumurtalarını topa halında, yəni 5-12 ədəd bitkilərə yaxın torpaq yarıqlarına, kəsəklərin altına qoyurlar.

Yumurtaların inkişafı 3-8 gün şəkir. Yumurtadan çıxan sürfələr soğanağın içərisinə daxil olub qidalanmağa başlayırlar. Belə zədələnmiş bitkilər saralır və quruyur, soğanaqlar isə tədricən çürüməyə başlayırlar. Sürfələrin inkişafı 15-20 gün ərzində davam edir. Sonra onlar bitkilərdən çıxıb torpağa keçir və 3-7 sm dərinlikdə puplaşırlar. 15-20 gün sonra puplardan 2-ci nəslin milçəkləri uçur. İldə 2-3 nəsil verir.

Mübarizə üsulu:

Erkən əkin aparılmalı, sürfələrlə zədələnmiş sarımsaqlar yığılıb məhv edilməlidir. Sahələr 0,03% karate məhsulu ilə çiləmə aparılmalıdır.

Bura keçid edərək Sarımsağın tarixi haqqına məlumat əldə edə bilərsiniz

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!