Sarımsaq yığımı

Sarımsaq yığımı düzgün formada necə olmalıdır?!

sarımsaq yığımı

Yığım vaxtının düzgün müəyyən edilməsi çox əhəmiyyətlidir. Sarımsaq yığımı həddindən artıq gecikdirdikdə və torpaqda nəmlik artdıqda soğanaqda əlavə köklər əmələ gəlib inkişaf edir.

Soğanaqlarda və dişlərdə olan quru qabıq partlayır və dişlər oturacaqdan aralanıb tökülür. Çiçək zoğu əmələgətirən sortlarda bu hal daha qorxuludur.

Belə ki, çiçək zoğu quruyur, dişlər zoğdan aralanr, çiçək topası partlayır. Həmçinin dişlər və hava soğanaqları tökülür. Belə sarımsağı uzun müddət saxlamaq mümkün olmur.

Torpaqdan çıxarılmış sarımsağı bir-birinə çırpamdan silkələyib torpaqdan təmizləyirlər. Onları bir-birinə çırpmaq düzgün deyil. Çünki sarımsaq soğanaqları şirəli və zərif olduqlarına görə zərbədən tez zədələnirlər. Zədələnmiş yerlər sonra göyərir, qaralır və qeyri-standart olur. Bu da sizin məhsuldarlığınıza mənfi təsir göstərir.

Qurudulması

Sarımsaq yığıldıqdan sonra 2-3 həftə ərzində sahədə qurudulur. Bununla iş bitmir. Daha sonra onu əlavə qurutmaq üşün çardaq altına sərmək lazımdır. Soğanaqlar tam quruduqdan sonra saplaqlar 4-5 sm qalmaqla kəsilir.

Əkilmək üçün saxlanılacaq sort bitki, tam yetişmiş, iri, sağlam olmalıdır. Həmçinin quru və yaxşı formalaşmış əlamətlərə məxsus olmalıdır. Bütün bunlara diqqət etmək önəmlidir. Çünki yaxşı olmayan bitkiləri yenidən əkəndə məhsuldarlıq da aşağı olur.

Onun əkimi haqqında məlumat əldə etmək üçün Sarımsağın düzgün əkilmə qaydası adlı məqaləmizə daxil ola bilərsiniz.

Müəllif: Hüseynbala Seyfullayev

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!