Sarımsaqlı qrip şorbası (RESEPT)

Sarımsaq, əsrlərdir ki, həm xörəklərimizi ləzzətləndirmək , həm də şəfa üçün istifadə edilir. Təbii antibiotik olan sarımsaq içindəki antioksidantlar və qida komponentləri sayəsində sağlamlığımıza müxtəlif faydalar verir. Bunların içində ürək xəstəlikləri riskini azaltması, ruh sağlamlığını və immunitet sistemini gücləndirməsini saymaq olar.

şorba

Aparılan araşdırmalar sarımsağın xəstə olmaq riskini azaltdığı qədər, xəstəliyin müddətini azaltdığını da göstərir. Agroexpert.az sarımsaqlı qrip şorbasının reseptini təqdim edir

Tərkibi:
  • 2 xörək qaşığı bulqur
  • 2 xörək qaşığı un
  • 1 ədəd soğan
  • 5 diş sarımsaq
  • 1 stəkan toyuq bulyonu
  • Zəncəfil
  • Zeytun yağı
  • Duz və istiot
  • Su
Hazırlanma qaydası:

Bir ədəd soğanı və beş diş sarımsağı xırda doğrayın. Doğranmış sarımsaq və soğanı qazanda duru yağda qovurun. İki xörək qaşığı unu əlavə edib qovurmağa davam edin. Un qovrulduqda soyuq su və toyuq suyu əlavə edin. 2 xörək qaşığı bulqur da əlavə edin. Topaq əmələ gəlməməsi üçün qarışdırın. Üzərinə zəncəfil rəndələyin. Şorba bişdikdən sonra süfrəyə xidmət edin.

Nuş olsun!

Sağlamlığınızın qeydinə qalın!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика