Saxta düyünü ayırd etmək üçün 4 TEST

düyü

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da düyü olduqca sevilən bir qidadır. Düyüdən  plov, sıyıq hazırlanır, dolmalara və bir çox yeməklərdə istifadə olunur. Biz düyünü bu qədər istifadə etdiyimiz halda aldığımız düyünü seçərkən çox diqqətli olmalıyıq. Bunun sağlamlığımız üçün nə qədər vacib olduğunu heç vaxt unutmamalıyıq. Agroexpert.az-ın verəcəyi üsullarla saxta düyünü ayırd edə bilərsiniz.

Saxta düyü necə müəyyən olunur? Birinci üsul Su testi…

Bişməmiş bir xörək qaşığı düyünü  bir stəkan soyuq suya qoyun. Əgər düyü tamamilə suyun altına çökübsə saxta deyil. Yox, əgər düyü dənələri suyun üzünə çıxarsa saxta düyüdür. Diqqətli olun!

Odla test (Evdə sınadıqda ehtiyyatlı olun)

Bir az düyünü alışqan və ya kibritlə yandırmağı sınayın. Əgər qəfil alışsa , bilin ki, saxtadır.

Həvəngdəstə testi

Əgər bir həvəngdəstə köməyi ilə bir neçə düyü dənəsini əzdikdə ağappaq bir toz halına gəlirsə saxta deyil. Yox, əgər tozda bir sarılıq varsa, bu  plastikdir.

Kif Testi

Bir ovuc düyünü suda bişirin. Bişmiş düyünü hava keçirməyən bir qabın içərisinə qoyub günəşli bir yerdə saxlayın. Bir neçə gün sonra qapağını açdıqda kiflənməyibsə deməli  saxtadır, bildiyiniz plastikdir, market torbasıdır o! Unutmayın ki, təbii düyü kiflənir.

Sağlamlığınızın qeydinə qalın !

Təbii düyü ilə hazırlanan ləzzətli bildirçin dolmasının resepti ilə buradan tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!