Şaxtalar kənd təsərrüfatına necə təsir edir?
Son günlər soyuq havalardan sonra gün özünü azacıq göstərsə də, xüsusən gecələr şaxtalar müşahidə olunur. Ekspertlər şaxtaların kənd təsərrüfatına müsbət təsir etdiyini bildirir. Qarın yağması, iqlimin fəsilə uyğun davam etməsi çox mühüm məsələdir. Bu, həm orqanizmdəki proseslərin düzgün getməsi baxımından, həm də epidemioloji baxımdan vacibdir. Kənd təsərrüfatı üzrə ekspert Qobustan rayon İcra Hakimiyyəti başçısının aqrar məsəllər üzrə müavini Allahyar Atakişiyevə görə, qarın kənd təsərrüfatı üçün böyük əhəmiyyəti var:
“Qar yorğan kimi bitkiləri, xüsusilə taxıl, tərəvəz-bostan bitkilərini öz əsarəti altına alır və onu soyuqdan, şaxtadan qoruyur. Payızlıq taxıl bitkilərindən xüsusilə arpa və buğdaya gübrə verilir. Quraqlıq hallarda bu gübrə torpağa yaxşı hopmur, lakin qar yağıb torpaqda nəmlik yarandıqda həmin gübrələr torpağın komplekslərinə qarışır və bitki üçün mənimsənilən hala düşür. Bitkilər qida maddələrini, azot, fosfor, kaliumu torpaqdan mənimsəməyə başlayır”, – deyə o bildirib.
Şamaxı rayon İcra Hakimiyyətinin aqrar məsəlləri üzrə mavini Sərdar Ömərovun fikrincə, qarın başqa bir xeyri ondan ibarətdir ki, quraqlıq havalarda gəmirici heyvanlar taxıl zəmilərinə çox böyük ziyan vurur. Amma şaxtalı havalarda onlar gizlənir və çıxa bilmirlər. Çoxillik bitkilər üçün qarın xeyri ondan ibarətdir ki, nəmlik yaranmayan yerlərdə, yəni meyvə, giləmeyvə və üzüm bağlarında nəmlik yaradır. Qarın yağması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına səbəb olur.