Səhər yeməyi xoşbəxtlik mənbəyidir

Səhərlər çətin oyanırsınızsa , gün ərzində özünüzü yorğun və stressli hiss edirsinizsə səbəbi səhər yemək yeməmək vərdişinizin olmamasıdır. Günə doğru qidaların uyğun miqdarlarda olduğu bir yemək süfrəsi ilə başlamaq bir çox xəstəliyin qarşısını almaqla yanaşı çəki artımının da qarşısını alır. Səhər yeməyi stressiz və gərginlikdən uzaq bir gün keçirməyinizi təmin edir. Agroexpert.az xoşbəxtlik mənbəyi olan səhər yeməyi üçün əhəmiyyətli təkliflər verir.

Seher yemeyi
Səhər yemək yeməmək enerji və motivasiyanı salır

Sağlam qidalanmanın ilk addımı, günə səhər yeməyi ilə başlamaqdır. Səhər yemək uzun müddət aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini yüksəldərək, günə gümrah və fəal başlamağı təmin edir.Bundan başqa səhər yeməyi yemək konsentrasiyanı artırır. Səhər saatlarında şəkər düşməsinə bağlı yaşanan gərginlik, əsəbilik, yuxu halı kimi həyat keyfiyyətinə mənfi təsir göstərəcək halların baş verməsinin qarşısını alır. Xüsusilə bütün qida qruplarının yer aldığı səhər yeməyi, sağlam bir həyat üçün əvəzolunmazdır.

Özünüzə sağlam qidalardan ibarət bir yemək rejimi yaradın

Düzgün qidalanma planlaşdırması üçün səhər yeməyində nə yeyildiyinin əhəmiyyəti böyükdür. Xüsusilə tələbələr və işləyən şəxslərin üstünlüyü yüngül bulka, qoğal, smit kimi yağ və karbohidrat tərkibi yüksək qidalaradır. Bu cür seçimlər təkrarlandıqda çəki və mədə narahatlıqları gətirəcək.

Səhərlər kartof qızartması və börək yeməyi sevənlər diqqət!

Sağlam bir səhər yeməyinin əvəzolunmazları pendir, yumurta və çörəkdir. Çörək növü olaraq çovdar, kəpək, tam buğda kimi lif məzmunu yüksək çörəklər seçərkən , pendirin də yağlı və duzlu növlərindən imtina edilməlidir. Pendirli omlet, qayğanaq kimi sağlam yeməklər seçərək kartof qızartması, börəklərdən uzaq durun. Bunlar lazımsız kalori qəbuluna və bədənin yağlanmasına gətirib çıxararaq bir çox xəstəliyə səbəb olur.

Hazır meyvə sularına üstünlük verilməməlidir

Səhər yeməyində içki olaraq çay, bitki çayı, südlü qəhvə, süd sağlam seçimlər arasında sayıla bilər. Hazır və ya təzə sıxılmış meyvə suları daşıdığı yüksək şəkərə görə qaçınılması lazım olan bir qrupdur. Səhər yeməyində xüsusilə qış günlərində xəstəliklərdən qorunmaq məqsədilə istifadə edilən meyvə suyu əvəzinə meyvənin özü istifadə edilməlidir.

Uşaqlarınızın çörəyinə şokolad yağı əvəzinə doşab, bal,mürəbbə yaxın

Xüsusən uşaqların çox sevdiyi şokoladlı çörəklərin yerinə, doşab, bal, ev şəraitində hazırlanan mürəbbələr sağlam səhər yeməyi üçün çox daha uyğundur. Qış aylarında doşab səhər yeməkləri üçün həm sağlam, həm də ləzzətli bir variantdır.

Səhərlər ac olmuram deyirsinizsə..

Sağlam səhər yeməyi günə başlamaq, gün ərzində iştah nəzarəti baxımından çox faydalıdır. Səhər yeməyi yeməyən insanlarda iştah günortadan sonra artmağa başlayır, axşam qarşısına keçilməz bir hala gəlir. Xüsusilə axşam yeməyindən sonra şirin ehtiyacı, doymama hissi və gecə yatana qədər bir şeylər yemə istəyi artır. Gecə artan yemək ehtiyacı səhər qalxdıqda iştahsızlığı gətirdiyindən, yemək ehtiyacını aradan qaldırır. Səhər ac oyanmıram, səhər yeməyi yemək istəmirəm kimi ifadələr, gecə yeməyinin nəticəsi kimi qarşımıza çıxır. Səhər yemək yeməmək, gecə çox yemək çəki artımını qaçınılmaz edir.

Sağlam qidalanma haqqında bu bölməmizdən tanış ola bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика