Səhər yeməyinin ən dadlı seçimi – Çiyələk ceminin hazırlanması

Çiyələk kalium və maqneziumla zəngin olub, ürək-damar sistemi üçün çox faydalıdır. Çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları möhkəmləndirir və mənfi xolesterolun səviyyəsini aşağı salır.

Çiyələkdə C vitamini olduqca zəngindir. Orqanizmin normal fəaliyyəti üçün ən vacib vitaminlərdən olan C vitamini həm də güclü antioksidantdır. Bu giləmeyvə orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.

Tərkibində fol turşusu, dəmir və mislə zəngin olan çiyələk qanın tərkibini yaxşılaşdırır. Anemiya (qanazlığı) zamanı faydalıdır.

Çiyələk təbii antidepressantdır. Bu giləmeyvənin qoxusu və dadı insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, insanı daha gümrah edir.

Bütün dünyada çiyələk güclü afrodiziak (cinsi həvəsi artıran məhsul) kimi tanınır.

Çiyələk həm meyvə kimi yeyilir, həm də ondan müxtəlif şirniyyatlar, mürəbbə və cem hazırlanmasında istifadə olunur.

Bu yazımızda sizlərə çiyələk ceminin hazırlanması haqqında məlumat verəcəyik.

Çiyələk ceminin tərkibi üçün lazım olan məhsullar
  • 2 kq çiyələk
  • 1.6 kq şəkər tozu
  • 1 limon
Çiyələk ceminin hazırlanması:
  • Çiyələyi bir neçə dəfə yaxşıca yuyun, süzgəcə yığaraq saplaqlarını təmizləyin.
  • Çiyələyi qaba tökün, blenderlə əzin və ya ətçəkən maşından keçirin.
  • Üzərinə şəkər tozu əlavə edin, yaxşı qarışdırın və 2 saat ərzində saxlayın.
  • Limon şirəsi sıxın, çiyələyə əlavə edərək yaxşı qarışdırın.
  • Cemi vam odda qarışdıra-qarışdıra təxminən 40-60 dəqiqə ərzində bişirin.   
  • Qabaqcadan bankaları hazırlayın.
  • Hazırladığınız cemi isti halda öncədən hazırladığınız bankalara yığın, qapaqlarla bağlayın, ağzı aşağı şəkildə mətbəx dəsmalının üzərinə qoyun. İsti ədyala bükün və soyuyana qədər gözləyin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика