Səhrada günəş enerjisi ilə işləyən istixanalar

Müasir istixana – bitkilər üçün ən uyğun olmayan yerlərdə belə həmin kənd təsərrüfatı məhsullarının eko istehsalı üçün lazım olan sistemdir.

Çinin Suçjou bölgəsində istixana həvəskarları Qobi səhrasında yeni texnologiyaları təbliğ etməyə davam edirlər.

Suçjou ölkədə Qobinin kənd təsərrüfatı ilə məşğul olan ən böyük bölgəsidir. Burada günəş enerjisi ilə işləyən qurğuların olduğu istixanalar və çoxçeşidli bitki örtüyünün geniş hidroponik “tarlaları” mövcuddur

qobide gunes istixanasi agroexpert.az

Qobi istixanalarında üç növ tərəvəz, hər növ yeməli göbələk və giləmeyvə, ümumilikdə isə120-dən çox bitki çeşidi yetişdirilir. Həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı, toplanılması, saxlanması və daşınmasını da bu istixanalar yerinə yetirir.

Hazırda bu ərazidə 44 üzvi kənd təsərrüfatı məhsulları, coğrafi göstərici ilə 1 kənd təsərrüfatı məhsulu və 21 tanınmış marka uğurla sertifikatlaşdırılıb.

Qobidə kənd təsərrüfatının inkişafı sadəcə qış dövründə Çində ən populyar olan üç tərəvəz (kartof, kələm, daikon) tələbatını ödəmələ kifayətlənmir, həm də qiymətləri istehlakçılar üçün əlverişli saxlayır.

Yüksək ağıllı istixanalar kapitalın cəlb olunması üçün yeni bir yol açdı, çünki fermerlər gəlirlərini artırmaq üçün istehsalda iştirak etməkdə maraqlıdırlar.

Qobi günəş istixanalarındakı yerli fermerlər üçün icarəyə 800 kvadratmetr ölçüsündə günəş istixanaları ayrılır.

“2019-cu ildə Kənd Təsərrüfatı Texnologiyalarının Təşviqi Üçün Ən Yaxşı Milli Model” kateqoriyasındakı mükafatın yerli qalibi olan Çjan Qusen, tədqiqatlarında və yeni texnologiyaların inkişafında daim yeniliklər edir, yeni çeşidlər sərgiləyir, xüsusi avadanlıqlar seçir və texniki standartlar yaradır.

50-dən çox yaşı olan Li Sinql Suçjoudakı Qobi günəş istixanasında “torpaq mütəxəssisi” sayılır. Yerli fermerlər arasında yaxşı tanınan bu mütəxəssis həyat yoldaşı ilə Qobi kənd təsərrüfatı parkında 3 günəş istixanasını icarəyə götürüb

Xalis gəliri 200.000 (48.000 manat – 1 yuan – 0,24 AZN) yuandan çox olur və bu da yüksək gəlirdir. Adi Qobi fermerləri üçün hər günəş istixanasından illik təmiz gəlir təqribən 35 min yuan təşkil edir ki, bu da ildə 100 hektar buğda əkməkdən əldə olunan təmiz gəlirə bərabərdir.

Son illərdə Gobi-nin kənd təsərrüfatı məhsulları Pekin, Şanxay və Çinin digər yerlərinə ixrac olunur, tərəvəz saxlamaq üçün istehsal müəssisələri tikilib. Uzun müddətdə fermerlər “Made in Qobi” markalı məhsullarını ixrac etmək istəyirlər.

Bu il Qobi istixanasının dəyəri 1 milyard yuana, 2020-ci ilə qədər isə 2,5 milyard yuana çata bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!