Şəkər xəstələri üçün 9 faydalı məhsul

şəkər
Tərəvəzlər

Liflə dolu olan tərəvəzlərdə təbii olaraq az kalori var. Boşqabınızı tərəvəzlə doldursanız daha az karbohidrat (qan şəkərini artırır) və doymuş yağ (insulin müqavimətini artırır) istehlak edərsiniz. Gündə 4-5 porsiya tərəvəz yeməyə çalışın. Ancaq kartof, qarğıdalı və noxud kimi nişastalı tərəvəzlərdə digərlərindən daha çox kalori olduğunu unutmayın.

Meyvə

Yağı və kalorisi az olan meyvələrdə də bol miqdarda lif vardır. Bundan başqa, meyvələr əsəblərinizi, gözlərinizi və ürəyinizi qorumağa köməkçi antioksidantlarla zəngindir. Meyvədə daha çox təbii şəkər və bir çox tərəvəzdən daha çox kalori var. Gündə 3-4 porsiya yeyə bilərsiniz. Suyunu sıxmaq əvəzinə meyvənin özünü istifadə edin. Çünki bir çox qida maddəsi və lif meyvənin qabığında, özündə və tumundadır. Meyvəni sıxarkən bunları itirərək daha çox kalori və şəkər qalar.

Lobya

Ən yaxşı lif qaynaqlarından biri olan lobyalar sizi daha uzun müddət tox tutaraq, həzmi zəiflədir və yeməkdən sonra qanda şəkər səviyyəsinin ani yüksəlməsinin qarşısını alır. Bu təsirlər elə güclüdür ki, bütün qan şəkəri səviyyənizi sala bilər. Quru lobya və ya mərci şorbası nahar üçün yaxşı variantdır.

Balıq

Hazırlanması asan və tez olan balıq yaxşı bir zülal qaynağıdır. Bundan əlavə çox yağlı ətlərin yerini ala bilər. Eyni zamanda, yağlı balıq ən yaxşı omega-3 yağ qaynağıdır. Bu yağlar damarların təmiz qalmasını təmin edir. Şəkər xəstəliyi olanlarda trigliserid səviyyəsi daha yüksəkdir, yaxşı xolesterin səviyyəsi isə aşağıdır. Omega 3 yağ turşuları hər iki sayının da tənzimlənməsinə köməkçi olur. Həftədə ən az 2 dəfə balıq istehlak edin. Xüsusilə losos, skumbriya və tunes balığında daha çox omega-3 var.

Ev quşları

Son dərəcə yağsız, kalorisi az olan toyuq döş əti şəkər xəstələri üçün çox yaxşıdır. Bifşteks (sümüksüz mal əti) və ətli fastfood qidalara bənzəməyən toyuq döş ətində pis xolesterini artıran və insulin müqavimətini yüksəldən doymuş yağ nisbəti azdır. 85 qram dərisiz toyuq döş əti, yalnız 142 kalori və 3 qram yağ ehtiva edir. Hinduşkanın sinəsi isə daha az yağlıdır və kalorisi daha aşağıdır.

Qabıqlı çərəzlər

Yaxşı yağlarla dolu olan qabıqlı çərəzlər ürək xəstəliyində köməkçidir. Bunlar eyni zamanda insulin müqavimətini salmağa kömək edir və qan şəkərin daha asan nəzarət edilməsini təmin edir. Bundan başqa, E vitamini baxımından zəngin olan qabıqlı çərəzlər hüceyrələri qoruyur və sinir ilə göz zədələnməsinin qarşısını almağa kömək edir. Lif və maqnezium baxımından zəngin olan bu qida, qan şəkərini tənzimləməyə kömək edir. Nizamlı istehlak edilsə çəki atmağa köməkçi olar, ancaq bol miqdarda kalorili olduğu üçün çox yeməyin.

Zeytun yağı

Ürək tutması riskini azaltmağa kömək edən zeytun yağı, insulin müqavimətini salaraq qan şəkərini nizamlı tutmağa kömək edir. Evdə və restoranlarda çörəyinizi zeytun yağına batıraraq yeyin. Ancaq nə qədər zeytun yağı yeməyinizə diqqət edin, çünki 1 xörək qaşığı zeytun yağında 119 kalori var.

Qatıq

Zülal və kalsium baxımından zəngin olan qatıq, çəki atmağa köməkçidir. Müxtəlif araşdırmalar bol miqdarda kalsium baxımından zəngin qidalarla qidalanan insanların daha asan çəki atadığını göstərir. Buna görə təzə meyvələrinizə qatıq əlavə edib yeyə bilərsiniz.

Darçın

Yeməklərinizə darçın səpmək qanda şəkərinizi sala bilər. Darçın komponentləri bədənə insulini təsirli şəkildə istifadə etməsinə kömək edir. Bu səbəblə daha çox qlükoza hüceyrələrə girə bilir. Son aparılan araşdırma gündə yalnız yarım çay qaşığı darçının qan şəkəri səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığını göstərir. Sobada bişmiş almanıza və hətta toyuq yeməklərinizə darçın tozu səpin. Ya da darçın çubuğunu isti suya batırın və bir fincan sakitləşdirici və şəfalı darçın çayı hazırlayın.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика