Şəkərsiz pəhriz qurabiyə (RESEPT)

Siz də sağlam qidalanmanın vacibliyini bilir və qidalanma rejiminizi dəyişdirmək istəyirsinizsə, ancaq şirin yemədən də dayana bilmirsinizsə, kədərlənməyin! Pəhriz desert yeməyəcəyəm demək deyil. Agroexpert.az pəhrizdə olanlar üçün şəkərsiz qurabiyə reseptini təqdim edir.

Tərkibi:
qurabiyə
  • 150 qr fındıq unu
  • 1 ədəd banan
  • 1 xörək qaşığı kokos
  • 1,5 xörək qaşığı bal
  • 1,5 xörək qaşığı kakao (istəyə bağlı)
  • 1 ovuc qaragilə
Hazırlanma qaydası:

Bir qabda bananı yaxşıca püre halına gətirin. Üzərinə fındıq unu və kokosu əlavə edib qarışdırın. Balı da əlavə edərək yaxşıca xəmir olanadək qarışdırmağa davam edin.Daha sonra qaragilələri xəmirin içinə tökün. Fındıq unu əlavə edərək ələ yapışmayan xəmir yoğurun. Hazırladığımız xəmirdən yuvarlaq toplar düzəldin və üzərinə kakao səpərək soba sinisinə yerləşdirin. Əvvəlcədən 165 dərəcə qızdırılmış sobada 8 dəqiqə bişirin. Pəhriz qurabiyənizi çayla və ya qəhvəylə süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика