Xəbərlər

Şəki toxum emalı fabriki istifadəyə verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamının icrasını həyata keçirmək məqsədilə Kənd Təsərrüfatını Nazirliyinin maliyyə dəstəyi ilə

toxum emalı fabriki şəki rayonu
  • Şəki,
  • Xaçmaz,
  • Qobustan,
  • Ağcəbədi,
  • Tovuz

rayonlarında toxum emalı müəssisələrinin tikintisi nəzərdə tutulub.

Artıq Ağcabədi rayonunda toxum emalı fabrikinin tikintisinə başlayıb. Xaçmaz rayonunda isə fabrikin tikintisində son tamamlanma işləri aparılır. Şəki Toxum Emalı Fabrikinin tikintisi isə tam şəkildə bitərək, cari məhsul mövsümündə dənli bitkilərin qəbulu üçün tam hazır vəziyyətə gətirilib. Fabrikdə xaricdə istehsal olunan və texnologiyanın son nailiyyətləri ilə təchiz olmuş avadanlıqlar quraşdırılıb.

şəki toxum emalı fabriki istifadəyə verildi

Burada fermerlərin istehsal etdikləri məhsulların yüksək keyfiyyətlə

  • təmizlənməsi,
  • dərmanlanması,
  • qablaşdırılması həyata keçiriləcək.

Şəkidə fabrikdə ilkin test sınağı keçirilib.

Bununla əlaqədar istismara hazır olan Şəki toxum emalı fabrikində Dövlət Toxum Fondunun əməkdaşlarının və tikinti quraşdırma üzrə mütəxəssislərin iştirakı ilə ilkin sınaq testləri keçirilib. İstismara hazır olan fabrikin istehsal gücü saatda 5 tondur ki, bu da Şəki şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdikləri məhsulların təmizlənməsini tam təmin edəcəkdir. Bundan əlavə, fabrikdə 300 ton həcmində qapalı anbar və 1500 ton həcmində silo qurğuları quraşdırılıb. Bu anbar və qurğular regionda saxlanc şəraiti olmayan sahibkarların öz istehsal etdikləri məhsulları təhlükəsiz və keyfiyyətli saxlamasına imkan yaradır.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!