Seleksiya nədir?

Xarici və yerli təsərrüfat təcrübələrini araşdırarkən bizim fermerlərin daha çox əziyyət çəkib əcnəbilərdən dəfələrlə az qazandığını gördüm. Hər nə qədər bizim məhsullar dadlı və orqanik olsa da maya dəyərinə görə də rəqabətə davaml deyil. Bütün bunlar sonda fermerlərin təsərrüfatı tərk etməsi ilə nəticələnir. 

seleksiya nədir

Fermerlərin təsərrüfatda çox qazana bilməməsinin bir çox səbəblərini əvvəlki məqalələrdə təhlil etmişik. Bunlardan biri də Azərbaycanda bitki və heyvan seleksiyası işlərinin aşağı səviyyədə olmasıdır. Biz hər zaman yerli fermerlərə yaxşı cins seçmələrini və seleksiya ilə məşğul olmalarını tövsiyyə edirik. Məsələn, xaricdə 1 ha zəmidən 80 sentner məhsul götürülür, bizdə isə 25-30 sentner. Xaricdə 40 litr süd verən inəklər seleksiya edilir, bizdə 10-15 litr güc-bəla…

Seleksiya nədir

Seleksiya-insanların istifadəsi üçün bitkilərin və heyvan cinslərinin yaxşılaşdırılması elmi və ya təcrübəsidir. O insanlığın artan qida tələbatını ödəmək məqsədi daşıyır.

Seleksiya elminin öz metodları var: lazımi materialı necə seçim, cütləşdirmə aparım, planlı seçim, nəticələrin nəzarət və qiymətləndirilməsi və sair. Bu günkü seleksiya insanın idarə elədiyi təkamüldür. 

Axırıncı cümlə ilə razılaşmaq biraz çətindir. Təkamül edilən cinslər xəstəliklərə daha açıq olur, əsas instinktlərini itirir, ömrü qısa olur və sair. 

Seleksiya nə zaman başladı?

Seçim ilk insanla başlayıb demək olar. Meşədə giləmeyvə yığan insan təbii ki, ən böyük meyvələri toplayırdı. Evdə yeyiləndən sonra yerə düşən toxumdan isə ən verimli ağac bitirdi. 

Həyətində heyvan saxlayan insan zamanla aqresiv, zəif, az ət verən heyanları ləğv edirdi. Beləcə nəsildən nəsilə ən verimli formalar saxlanırdı. Allah kainatı insanın qulluğuna verdiyi üçün təbiət də seleksiya işinə yardım edirdi. Məsələn, canavarlar həmişə sürüdəki ən xəstə, zəif qoyunu parçalayır.

Növ və cinslərin təkamülündə hədd varmı?

Aydın məsələdir insan ağacdan 1 ton da alma yığmaq istəyir. Fermer istər ki, qoyunu 200 kq ət versin. Vəhşi toyuq ildə cəmi 5-9 yumurta verir, amma cins toyuqlar var ki, ilin bütün günü yumurtlayır. (məs, leqqorn)

Cır alma 20-30 qramdır. Müasir alma bağlarında dənəsi 1 kilo olan alma sortları yetişdirilir. Gördüyünüz kimi seleksiya elmi çox güclüdür. Amma seleksiya sonsuz deyil. 

Seleksioner adətən bir-neçə əlamət üzərində çalışır: şəkərin səviyyəsi, çəki, inkişaf dövrü və sair. Hər variantda aşağı və yuxarı hədd var. Buna görə seleksioner bu məhdudiyyətlər çərçivəsində nəticəyə çatmalıdır.

Məsələn, normal inəklərin südünün yağlılığı 3,7-5%-dir. Ən yaxşı seleksiya edilmiş inək cinsinin südündə yağlılıq 7% əldə edilib. Və heç bir seleksiya metodu heç bir şəkildə südünün yağlılığı 15-20% olan inək cinsi verə bilməz. 

Bilirdinizmi?

İnək südündə yağlılıq 5%, maralda 19%, delfinlərdə 45% olur.

Təhlükəli məqamlar

İnsanoğlunun bitib-tükənməyən qazanc hırsı bəzən seleksiya işlərinin də cığırdan çıxmasına səbəb olur. Pul qazanmaq, biznes və şöhrət üçün vaxtilə dünyaya GMO-lu meyvələr satan Avropa bugün öz ölkələrində GMO-ya qadağa qoyub. 

Gen və xromosomlarla oynayıb ortaya çıxarılan heyvan və ya bitki artıq o nəsildən sayılmır. Artıq dünyada geni dəyişdirilmiş nümunələr mövcuddur.

-Yaponiyada göy-fiolet rəngli qızılgüllər əldə edilib. Bu güllərin geninə başqa gülün geni əlavə edilib.

-Danio adlı akvarium balığının hüceyrələrinə Sakit okean meduzasının geni əlavə olunduqdan sonra balıq canlı fınırı çevrilib.

-Kolorado böcəyi ilə mübarizə üçün kartofa elə bakteria yerləşdiriblər ki, bakteriya böcək üçün zəhərli olan zülal əmələ gətirir. Eyni üsulla qarğıdalı, düyü və sair də yetişdirilir.

Axırıncıların insanlığa faydalımı zərərlimi olduğunu bilməyəcəyik. Çünki böyük sənaye maşını bu istiqamətdə araşdırma aparmağa imkan verməyəcək, öz mediası vasitəsi ilə zehinləri bulandıracaq. Bəlkə də elə bu cür tamah səbəbindəndir ki, bugün insanlıq xərçəng kimi çox əcaib xəstəliklərlə üzbəüz qalıb.

Seleksiya haqqında yazılarımız davam edəcək. Çalışacayıq qoyun cinslərinin, iribuynuzlu və bitkilərin seleksiyası haqqında ətraflı yazılar yazaq. Bizim qaradolaq yaxşılaşdırılsa, 100-120 kq ət verə bilər. Eləcə də qala cinsi. Biz bunu eləməliyik, yoxsa əcnəbi dadsız və dözümsüz cinslərə məhkum qalacayıq.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673