Sentyabr ayında əkin sahənizdə, bağlarınızda hansı işləri görməlisiniz?

Hər anın, saatın, günün, ayın, ilin öz hökmü var. Hər bir fəsil özünə məxsus üstünlükləri ilə digərlərindən seçilir. Eləcə də hər bir ayda edə biləcəyimiz işlər, əldə edəcəyimiz məhsullar da tam fərqli olur.

agroexpert_az sentyabr ayında görülən işlər

Doğru zamanada doğru iş görmək üçün bu ay nələr edə biləcəyinizə dair qısa məlumatları Agroexpert.az saytı sizlərə təqdim edir.

Calaq olunacaq bitkilərdə sentyabrın ikinci yarısına qədər göz calağı aparıla bilər. Calaq olunmuş bitkilər tez-tez suvarılmalıdır.

Sentyabr ayında həmçinin …

Bütün göyərti-tərəvəz bitkilərinin toxumları (keşniş, ispanaq, şüyüd, acıtərə) səpilə bilər. Yazlıq, faraş baş soğan, sarımsaq kimi bitkilərin də məhz sentyabrın ikinci yarısından səpini başlanılır.

Bu ayda meyvə bitkilərinin dekorativ ağac və kol bitkilərinin əkini üçün sahələr və çalalar hazır vəziyyətə gətirilir. Suvarılan sahələrdə məhsulu qurtarmış bütün bitkilər dərhal suvarılır.

Bostan-tərəvəz sahələrində lazımsız ot qalıqları, həyətin bir kənarında hazırlanmış çalaya yığılır və üzərinə ayda 2-3 dəfə bol su tökülür.

Artıq bu aydan havanın temperaturu aşağı düşən kimi iynəyarpaqlı bitkilərin yeni sahələrə köçürülməsi mümkündür. İynəyarpaqlı bitkilər (həmçinin bütün həmişəyaşıl bitkilər) qazılıb çıxarılarkən kökətrafı torpağı ilə birlikdə çıxarılmalıdır. Çıxararkən kökdə torpaq qalmazsa, onun bitmə ehtimalı aşağı olacaq.

Yay ayları kölgələndirilmş şitilliklərin üstü açılır və alaq otlarından təmizlənərək suvarılır.

Dibçək bitkilərinin suvarılma norması və sayı tədricən azaldılır.

Qazon sahələrində seyrəkləşmiş ərazilərə toxum səpilir və cücərti alınana qədər hər gün suvarılır. Yeni qazon sahələri hazırlanır və səpin aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!