Şərab istehsal edən ölkələr

Dünya ölkələri arasında şərabının keyfiyyətinə görə şöhrət qazanan 3 əsas ölkə var: Fransa, İspaniya və İtaliya. Təəccübləndirici deyil ki, elə şərabçılıq sahəsinə liderlik də bu üçlüyün əlindədir.

Amma keyfiyyətli şərab istehsal edən ölkələrin siyahısı daha genişdir. Bu siyahıya Türkiyə, Sloveniya, Tayland, Meksika kimi ölkələr də daxildir. Əgər bu siyahıya daxil olan ölkələri tanımaq istəyirsinizsə, o zaman bu məqaləmizi oxuyun. BAŞLADIQ!

şərab istehsalı agroexpert.az
İsveçrə

İsveçrə pendiri və şokoladından fərqli olaraq bu ölkənin şərabı dünyada o qədər də məşhur deyil. Bunun səbəbi ya pis marketinq, ya da çox yüksək qiymətlər ola bilər. Hər ehtimalda isə, bu ölkə şərab məhsulunun sadəcə 2%-ni xaricə ixrac edir. Şərab tənqidçiləri isə bu ölkənin məhsullarını çox bəyənirlər. Misal üçün, dünyaca şöhrətli mütəxəssis Devid Şildknext İsveçrənin “Chasselas” şərabına heyran olmuşdu.

Kanada

Kanada şərablarından xaricdə ən çox tanınanı “buz şərabı” adlanan şərabıdır. Bu içki salxımda dondurulmuş üzümdən hazırlanan desert şərabıdır. Lakin son vaxtlar tənqidçilər Kanadanın “Chardonnay”, “Riesling”, “Pinot Noir”, “Cabernet Franc” şərablarını da qeyd edirlər.

  • Xorvatiya

Ölkənin ən nəhəng şərab servisi olan “Personal Wine”-ın təsisçisi Aleks Andraves Xorvatiya şərabının lazımi qədər qiymətləndirilmədiyini deyir. Xorvatlar özləri şərab və şərabçılığı çox sevirlər və bu barədə saatlarla danışmağa hazırdılar. Hətta çoxları öz şərablarını istehsal edir. Xorvatiya təpələrinin təpələrin yamacları üzüm bağları ilə doludur və payızda insanlar bir yerdə üzüm toplamağa çıxırlar.

Türkiyə

Bir çoxunuza qəribə gəlsə də, bu siyahıda Türkiyənin də adı var. Türkiyədə 1 mindən çox yerli üzüm çeşidləri var, lakin bunların yalnız az bir hissəsi şərabçılıq üçün istifadə olunur. Bununla birlikdə, arxeoloqlar Türkiyədə insanların şərabçılıqla qədim zamanlarda da məşğul olduqlarına dair dəlillər tapırlar.

2013-cü ildə Türkiyədə alkoqolun reklamına və təbliğinə qadağa qoyuldu, buna görə yerli şərab istehsalçıları xarici  bazarlara üz tutmağa başladılar. Türk şərabının keyfiyyəti və qiyməti də onun xaricdə yaxşı qarşılanmasına səbəb olur.

  • Yunanıstan

Yunanıstan ən qədim şərab istehsalçısı olan ölkələrdən biridir. Yunanlar ilk dəfə şərabı eramızdan əvvəl 6500-cü ildə hazırlamışdılar. Ancaq müasir Yunan şərabları dünya bazarında təzə-təzə görünməyə başlayır. Və onlar həqiqətən diqqətə layiqdirlər. Məsələn, Assyrtiko üzüm növündən hazırlanan eyni adlı şərabı qeyd etmək olar. Bu üzüm növü Santorini adasında yetişir.

Tayland

Tənqidçilər uzun müddət belə isti və rütubətli olan  ölkədə keyfiyyətli şərab hazırlamağın mümkünsüz olduğunu deyirdilər. Ancaq bütün çətinliklərə baxmayaraq, Tayland artıq öz gənc şərab sənayesinə sahibdir. Bu gün yerli Tayland şərabları dünyanın yüksək səviyyəli otellərinin şərab siyahılarında tapıla bilər. Bu ölkənin şərab ixracı hər il daha da artır.

  • Sloveniya

Sloveniya əksəriyyəti yerli sakinlər tərəfindən istehlak edilən 52 növ şərab istehsal edir və məhsulların yalnız az bir hissəsi ixrac olunur. Sloveniyanın kiçik bir ölkə olmasına baxmayaraq, 3 şərab bölgəsi var. Burada əsasən ağ şərablar hazırlanır.

Meksika

Məlum olur ki, Meksika məşhur tekila ilə yanaşı şərab da istehsal edir. Üzüm buraya XVI əsrdə İspan işğalçıları tərəfindən gətirilmişdir. Demək olar ki, bütün Meksika şərabları 90%-i Qvadelopa vadisində istehsal olunur. Şərabların 75% -i qırmızıdır. Bu  da isti iqlimi olan bölgələr üçün xarakterikdir.

  • Hindistan

Üzüm Hindistana təxminən 2500 il əvvəl gəldi. Bununla birlikdə, şərab yerli sakinlərin sevimli içkisinə çevrilməyi bacarmayıb. Bəlkə də bunun səbəbi şərabın elita üçün nəzərdə tutulmasıdır.

Buna baxmayaraq, bu gün hind şərabı beynəlxalq festivallarda mükafatlar qazanır və mütəxəssislər tərəfindən çox bəyənilir. Mumbayın yaxınlığında yerləşən Nasik şəhəri, Hindistanın şərab istehsalı paytaxtıdır. Məşhur marka olan “Sula Vineyards” şərabı bu şəhərdə istehsal edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!