Sərfəli qiymətə toxum əldə etmək üçün müqavilə imzalanıb

18 mart tarixində Dövlət Toxum Fondu (DTF) ilə Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi (ADİEB) arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqavilənin imzalanmasında məqsəd ölkədə
toxumçuluq sahəsinin inkişaf etdirilməsidir.

Müqaviləyə əsasən Fond tərəfindən Rusiya Federasiyasından “Udaça” sortlu birinci reproduksiyalı kartof toxumu idxal olunmuşdur.

toxum - kartof toxumu - toxum ekimi

Həmin toxumların 30 aprel tarixində Gədəbəy rayonunda yerləşən və ADİEB-yə məxsus 6 hektar ərazidə əkini həyata keçirilib.

Əkin zamanı DTF-nin mütəxəssisləri iştirak edib. Onlar yüksək məhsuldarlıq əldə etmək üçün tələb olunan bütün standartlara riayət olunmasına nəzarət ediblər.

Dövlət Toxum Fondu ilə Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi arasında əməkdaşlıqda məqsəd idxal olunmuş birinci reproduksiyalı yüksək məhsuldar kartof toxumunun ikinci reproduskiyasını əldə edərək, ölkə fermerlərini sərfəli qiymətə həmin toxumlarla təmin etməkdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673