Şərqin ən böyük ipəkçilik ölkəsində baramaçılığın bərpası

Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınıb. Lakin sonradan unudulub…

Şirvan əlayəti Azərbaycanın ən iri ipəkçilik bölgələrindən biri idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa  bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.

A­zər­bay­can­da ipək­çi­lik həm qə­dim vaxt­lar­da, həm də müa­sir dövr­də əha­li­nin əsas fəa­liy­yət növ­lə­rin­dən bi­ri ol­ub. Fər­ziy­yə­lə­rə gö­rə, ipək­çi­lik­lə bağ­lı iş­lər­lə bu­ra­da təx­mi­nən 2000 il­dən ar­tıq­dır ki, məş­ğul olur­lar.

Artıq dördüncü ildir ki, Hacıqabul rayonunda da ipəkqurdu bəslənilməsinə başlanılıb. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də müsbət qarşılanır. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq barama istehsalı ilə məşğul olmağa başlayıblar.

baramaçılıq

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 67 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticələr əldə olunub.

Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 4 ton barama təhvil verilib. Rayonun Abdulabad və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.

Barama istehsalı – video …

Ələtli kənd sakini, kümçü Anar Ağamalıyev bir neçə ildir ki, ipəkqurdu toxumu götürüb bəsləyir.

O deyir ki, rayonda barama istehsalına yenidən başlanması çox ürəyincə olub:

“Bu il 2 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 123 kiloqram barama tədarük etmişəm. 40-45 gün ərzində istehsal etdiyim məhsuldan 1100 manatdan çox gəlir əldə edəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика