“Sevgi çadırı” tortu

Bu asan hazırlanan bişməyən tortun dadı uşaqlıqdan hər kəsə tanışdır. Agroexpert.az maraqlı görüntüsü və ləziz dadı ilə sizi ovsunlayacaq “Sevgi çadırı” tortunun reseptini təqdim edir.

sevgi çadırı tortunun hazırlanma qaydası
Tərkibi:
  • 15 ədəd peçenye (“Slodıç”, “Yubileynoye”, “Lyubyatovo”)
Kremi üçün:
  • 350 qr 9-12% yumşaq kəsmik
  • 100 qr şəkər kirşanı
  • 170 qr kərə yağı
Peçenyeləri islatmaq üçün:
  • 150 ml süd
Ara qatı üçün:
  • 4 ədəd şərbətdə şaftalı dilimləri
Qanaş üçün:
  • 150 qr tünd şokolad (50% kakao və ya çox)
  • 120 ml qaymaq (30% yağlılığı və ya çox)
Tortun hazırlanma qaydası:
tort

İlk öncə dərin boşqaba südü tökün. Peçenyeni südə batıraraq isladın. İsladılmış peçenyeləri dəzgah üzərinə sərilmiş folqa kağızının üzərinə 3 cərgə halında düzün. Şaftalı dilimlərini şərbətdən çıxarıb kağız dəsmal üzərinə qoyun. Kremi üçün kəsmik, kərə yağı və şəkər kirşanını mikserlə yaxşıca çırpın. Cərgə halında düzülmüş isladılmış peçenyelərin üzərinə kəsmikli kremin ¾ hissəsini yaxın. Orta hissəsinə şaftalı dilimlərini düzün. Qalan kremi də şaftalının üzərindən hər tərəfinə yaxın. Folqanın kənarlarını qaldırın və çadır forması verin. Tortun üzərini folqayla örtüb 3-4 saatlıq soyuducuya yerləşdirin. Qanaş üçün şokoladı xırdalayın və qaba tökün. Qaymağı qızdırıb şokoladın üzərinə tökün və qarışdırın. Tortu soyuducudan çıxarın və folqanı açın. Qanaşı tortun kənarlarına yaxın. Qalan qanaşla tortun üzərinə bəzək verin və 20-30 dəqiqəlik soyuducuya yerləşdirin. Soyuducudan tortu çıxarın və dilimləyib süfrəyə verin.

Nuş olsun!


AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!