“Səyyar Aqro Məktəb” layihəsinin icrasına başlanılır

Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səyyar Aqro Məktəb” layihəsinə start verilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, aqrar sahədə ilk dəfə reallaşdırılacaq “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində “Zoom” platforması vasitəsilə təsərrüfat sahələrində onlayn formatda təlimlər keçiriləcək.

Ölkəmizdə dinamik şəkildə inkişaf edən aqrar sahəyə marağın daha da artırılması və mütəxəssislərin yetişdirilməsi mühüm əhəmiyyət kəsb etdiyindən kənd təsərrüfatının əsas istiqamətlərindən olan heyvandarlığın inkişafı, məhsul istehsalının artırılması, gənc fermerlərin yetişdirilməsi əsas hədəflərdəndir.

Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar sahə üzrə bilik və bacarıqlarının artırılmasına nail olmaqdır. Layihəyə əsasən, kənd təsərrüfatı sahəsi üzrə biliklərin müfəssəl şəkildə gənclərə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində Zaqatala, Şəki, Qax, Balakən, Oğuz və Şamaxı rayonlarında təlim və görüşlər təşkil ediləcək.

İki mərhələ üzrə reallaşdırılacaq layihənin birinci mərhələsində regionlarda xüsusi təsərrüfat sahələri üzrə 300 gəncə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə təsərrüfatların yaradılması, idarəedilməsi və gələcəkdə inkişaf etdirilməsi, həmçinin aqrar təhsilin əhəmiyyəti və imkanları haqqında ətraflı məlumat veriləcək.

Layihənin icrası zamanı dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasının və karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669