Bitkilər Sağlam qidalanma

Əsrin bitkisi: şəkər otu (stevia)

Şəkəri olan insanlar üçün çox gözəl bir çözüm vasitəsi varmış, stevia-şəkər otu…

Amerikalıların şəkərə və duza ağ ölüm dediyini çoxumuz bilmirik yəqin. Konfet, tort, şokolad əl çəkə bilmədiyimiz dadlı düşmənlərimizdir. Xüsusən şəkəri olan insanlar bu barədə çox əziyyət çəkirlər. Bu məqalədə sizə çox maraqlı bir alternativ-çözümdən bəhs edəcəyik.

Mənşəyi Paraqvay olan stevia bitkisi diabet xəstəliyinə çarə olur. Bütün dünyada sürətlə yayılan bu bitkinin bazarı artıq 5 milyard dollardır. Bəzi istehsal prosesindən sonra şəkərlə müqayisədə 400 dəfə çox şirinliyə sahib olur.

Diyabetlə bərabər hipertoniya və köklük  problemlərinin də müalicəsində istifadə olunan şəkər otu demək olar ki, təbii şirniyyatdır. Tərkibində heç şəkər olmadığı halda dadbilmə orqanlarına 400% şirinlik hissi verir.

Şəkər otu yəni Stevia bitkisinin faydaları

agroexpert stevia
  • Yüksək təzyiqə faydalıdır.
  • Ən əsas şəkər xəstəliyinin müalicəsində yararlıdır.
  • Vücudda turşu balansını qoruyur.
  • Mədə və bağırsaqları qoruyucu özəlliyə sahibdir.
  • Dərini qidalandırır, qırışırları düzəldir.
  • Qəbzliyə faydalıdır.
  • Depresiya və əsəbə faydalıdır.
  • Nikotin tələbini azaldır, siqareti tərgitmək üçün yaxşıdır.

Şəkər otunu necə istifadə etmək olar? 

  • Yarpaqlarını çiy-çiy istifadə etmək
  • Yarpaqlarını qurudaraq istifadə etmək
  • Qurudulmuş yarpaqları xırdalayıb çay kimi istifadə etmək
  • Tozunu şirniyyat və tortda istifadə etmək
  • Qaynadaraq suyunu dondurub qənd kimi də istifadə edə bilərsiniz

Şəkər otunun zərərləri-yan təsirləri: Heç bir zərəri yoxdur, amma çox istifadə olunarsa kişilərdə qısırlıq yaranacağından şübhə edilir.

Şəkər otunun qiyməti: İnternet üzərindən əldə eləmək mümkündür. 15-20 toxumluq paketlər 3-6 dollar arasında satılır. Fidanı isə 18 dollardır.

Stevia – Şəkər otu necə yetişdirilir?

Bu bitkinin ən çox xoşuma gələn yanı evdə saxsı qabda yetişdirilə bilməsidir. İki ədəd stevia otu bir evin bütün şəkər ehtiyacını qarşılaya bilər. Yetişdirilməsi əziyyətli deyil.

Yetişdirmək üçün: Saxsı qaba torpaq tökün. Sonra toxumu qoyub üzərinə toxum qalınlığında yenə torpaq əlavə edin. 3 gün ərzində günəş almayacaq mühitə qoyun. Üç gündən sonra bol-bol sulayın və gün ərzində müəyyən vaxtlarda günəş düşən yerə yerləşdirin. Hər gün düzənli sulayın. May və avqust aylarında yetişdirilir, orqanik gübrə istifadə etməyinizi tövsiyyə edirik.

Mənbə 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!