Şəraitsiz yerdə saxlanılmış dərmanlardan istifadənin nəticəsi

Sentyabrın 1-2-si tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev İmişli, Beyləqan rayonlarında heyvan xəstəliklərinə qarşı aparılan profilaktiki peyvəndləmə işləri ilə tanış olub. Yerli baytarlıq mütəxəssisləri və təsərrüfat sahibləri ilə görüşlər keçirib.

Yalnış saxlanılmış dərmanlardan istifadə

dərmanlardan istifadəSəfər həmçinin aparılan peyvəndləmə prosesinin şəffaflığına nəzarəti təmin etmək və qurulması nəzərdə tutulan BSL-1 səviyyəli baytarlıq laboratoriyaları üçün tələb olunan şəraitlə tanış olmaq məqsədi daşıyıb.

Bayandur Rzayev baytarlıq idarələrinin diaqnostik kabinetlərinə, soyuducu kameralarına və digər inzibati bölmələrinə baxış keçirib və bunlarla yaxından tanış olub:

  • İdarələrin maddi-texniki təminatı,
  • Baytarlıq kadrlarının təhsil səviyyəsi
  • Epizootik tədbirlər planında nəzərdə tutulan iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərinin nəticələri ilə….

Fermerlər nəyi yalnış ediblər?

dərmanlardan istifadə

B.Rzayev təsərrüfat sahibinin müraciətini, arzu və təkliflərini dinləyib. Heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib. Eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılmasının yolverilməz olduğunu qeyd edib.

Bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmirmiş. Baytar həkiminə məlumat vermədən öz tərəfindən çoxdan alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə ediblər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə  və ölüm hallarının baş verməsinə gətirib.

Xidmət rəhbəri həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırılmasının vacibliyini vurğulayıb.

 

 

Mənbə

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!