Xəbərlər

Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri

Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin tərəfindən  xüsusi təhlükəli siçanabənzər zərərvericilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam edilir…

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb

zərərvericilərə qarşı mübarizəKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən, aşağıda qeyd olunan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir:

  • Şəki;
  • Qax;
  • Zaqatala;
  • Qobustan. 

Dövlət Fitosanitar Xidmətindən bildiriblər ki, Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən aşağıda qeyd etdiyimiz kəndlərində əhatə edən 22800 hektarda fitosanitar müşahidələr aparılıb:

  • Qayabaşı;
  • Sarıca;
  • Qaratorpaq;
  • Bolludərə;
  • Turan;
  • Suçma;
  • Böyük Dəhnə;
  • Baş Layıqçı;
  • Baş Göynük;
  • Şin;
  • Çayqaraqoyunlu;
  • Səbətli.

Həmçinin 20350 hektarın adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən olunub.  Ümumilikdə, 12750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Qax rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 6710 hektarda payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik otlaqlarda və təbii otlaqlarda siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılıb. Aşağıda qeyd etdiyimiz kəndlərdə əhatə edən 5330 hektarda sirayətlənmə müəyyən olunub:

  • Cəlayır;
  • Ağyazı;
  • Qum;
  • Almalı;
  • Ləkit;
  • Qıpçaq;
  • Əmircan;
  • Əlibəyli.

gəmirçilərə qarşı mübarizəQeyd edək ki, Dövlət büdcəsi hesabına 2046 hektarda kimyəvi mübarizə həyata keçirilib. Aparılmış mübarizənin bioloji səmərəliliyi 89 faiz təşkil edib. Qalan sahələrdə isə mübarizə tədbirləri davam etdirilir.

Zaqatala rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 5450 hektarda müşahidə aparılıb və 1600 hektar sahənin gəmiricilərlə sirayətləndiyi müəyyən olunub. Təsərrüfat subyektləri hesabına 645 hektarda mexaniki, 620 hektarda isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Qobustan rayon ərazisində də adıçəkilən zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri başlayıb. Qobustan rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən:

  • 4900 hektarda müşahidə aparılıb;
  • 2850 hektar sahənin siçanabənzər gəmirici ilə sirayətləndiyi aşkarlanıb;
  • 2618 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb.

Onun 2598 hektarı dövlət büdcəsi, 20 hektarı isə təsərrüfat subyektləri hesabına olub.

Hal hazırda adıçəkilən rayonlarda siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: