Bitkilər Əkinçilik

Silosun hazırlanma texnologiyası

Heyvandarlığın daha da inkişaf etdirilməsində möhkəm yem bazasının yaradılması həlledici şərtdir.

Ailə təsərrüfatlarında yem bazasının yaradılmasına elmi əsaslarla yanaşılmır. Heyvanların yemləndirilməsində müasir texnologiyalar tətbiq edilmir. Heyvanların yemləndirilməsində daha çox qaba (yonca, ot, saman və s.) və qüvvəli yemlər (buğda və arpa yarması, kəpək və s.) istifadə edilir. Yemləmədə müxtəlif çeşidli və heyvanların tələbatına əsaslanmış yem rasionunun tərtib edilməsi ənənəsi çox az hallarda rast gəlinir.

silosun hazırlanmasıƏgər əvvəllər silos xüsusi çuxurlarda hazırlanırdısa, indi onu yer üstü formada və ya hətta polietinlen örtüyün içərisində ayrıca qablaşmada hazırlamaq mümkündür. Silos hazırlamaq üçün qarğıdalının tez yetişən sortları (90-120 günlük) istifadə edilir. Bu həm də imkan verir ki, bir ildə eyni ərazidən iki dəfə məhsul götürülsün.

Kiçik fermer təsərrüfatlarında silosun hazırlanması texnologiyası

Qarğıdalı üçün yaxşı sələf paxlalılar və dənli bitkilər hesab olunur. Məsələn, arpa biçinindən sonra eyni əraziyə qarğıdalı əkməklə oktyabr ayında onun biçilərək silos hazırlanmasına nail olmaq olar ki, bu halda silosun yetişməsi dekabr ayında artıq başa çatır. Qarğıdalının silosluq məqsədlə biçilməsində onun xırdalanmasına xüsusi fikir vermək lazımdır. Qarğıdalı “südlü-mumlu” yetişkənlik səviyyəsində xüsusi biçin aqreqatı ilə biçilməklə 30-35 mm, “südlü” yetişkənlik səviyyəsində isə 40-45 mm uzunluqda doğranır.

Müasir biçin aqreqatları qarğıdalını biçərək doğramaq üçün 10- 20 mm uzunluğa qədər tənzimlənə bilir. Qarğıdalı, günəbaxan, sorqo, gülül-vələmir qarışığı asan, xəşənbül, gülül, üçyarpaq çətin siloslaşır. Dəvətikanı, şoranca və s. otlar heç siloslaşmır.

Təbii yem otları – sudan otu, moqar, çöl lərgəsi, çöl noxudu, yonca, sorqo, taxıl və paxlalı otların qarışığı yaxşı siloslaşırlar.

Siloslaşdırmaq üçün biçilən kütlə xırdalanıb 20- 30 sm qalınlığında lay əmələ gəldikdən sonra ağır traktorla sıxlaşdırılır. Kütlə 3-5 gün ərzində doldurulmalı, sonra üzəri 20-50 sm torpaq layı və ya qalınlığı 0,12 mm olan polietilen örtüklə örtülməlidir.

Qarğıdalıdan hazırlanmış silos heyvandarlıq məhsulları istehsalının artırılmasında xüsusi əhəmiyyətə malikdir.  Bunu nəzərə alaraq dünyanın bir çox ölkələrində kiçik həcmli fermer təsərrüfatlarında sahibkarlar torpaq üstündə polietilen plyonka altında qarğıdalıdan silos hazırlanmsına üstünlük verirlər. İmişli rayonunda həyata keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya subregionu ölkələrində Qaramal istehsalının təkmilləşdirilməsi modulu ” layihəsi çərçivəsində

  • heyvandarlıqla məşğul olan fermerlər təşkilatlanmış,
  • heyvandarlıq məhsulları istehsalının artırılması yolları müəyyənləşdirilmiş,
  • yemlərin yedizdirilmək üçün hazırlanması,
  • yemlərdən səmərəli istifadə olunması üsullarının tətbiqinə başlanmışdır.silos haqqinda. Silosun hazırlanması

Azərbaycanda da ilk dəfə İmişli rayonunun Muradxanlı kəndində heyvandarlıqla məşğul olan fermerlər Burza Qaraşov, Zəfər Məhərrəmov, Elxan Mirişov, Oruclu kəndindən İsa Mirzəyev, Köbəktala kəndindən Səxavət İsmayılov torpaq üstündə polietilen plyonka altında qarğıdalıdan silos hazırlamışlar. Hazırlanmış silos kütləsi qış aylarında heyvanlara yedizdirilmiş və heyvanların məhsuldarlığına öz müsbət təsirini göstərmişdir.

Bu mütərəqqi texnologiya ilə hazırlanmış silosun rayonun fermerləri arasında nümayişi təşkil olunmuş və iqtisadi göstəriciləri təhlil edilmişdir.

Torpaq üstündə polietilen plyonka altında kiçik həcmdə qarğıdalıdan silos hazırlanmsı texnologiyası rayonda fermerlər arasında geniş yaılmağa başlanmışdır. Qış dövründə sağmal inəklərə yedizdirilən silos süd məhsuldarlığının yüksəlməsinə səbəb olmuş və əvvəlki illərlə müqayisədə hər inəkdən 3-4 kq artıq süd sağılmışdır.

Şəkildən göründüyü kimi qarğıdalı silosunu həyətin bir hissəsində və ya elə biçin sahəsinin özündə “təpə” formasında, həmçinin, polietilen örtüklü bağlama formasında hazırlamaq mümkündür. Silosun yetişməsinə havanın temperaturundan asılı olaraq 1,5- 2 ay vaxt lazımdır.Sağmal inəklərə sutqada15-20 kq, cavan qaramala 10-15 kq silos verilməlidir. Doğuma iki ay qalmış boğaz inəklərə silos verilməsi dayandırılmalıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!