Şimal rayonlarında yeni fındıq bağları salınıb
Şimal bölgəsinin rayonlarında son üç ildə 10 min hektardan çox yeni fındıq bağları salınıb.
Yeni fındıq bağları

Nəzərinizə çatdırmaq istəyirik ki, fındıq istehsalı aşağıda qeyd etdiyimiz rayonlarında iqtisadiyyatında mühüm rol oynayır:
- Xaçmaz;
- Quba;
- Qusar;
- Şabranda.
Qeyd edək ki, hal hazırda rayonlarda 20 min hektara yaxın fındıq bağı var.
Regiondakı fındıq bağlarının 9 min 122 min hektarı Xaçmaz rayonunun payına düşür. Bu bağların 6 min hektarı barverəndir. Rayonun fındıq bağlarından bu il 6 min 500 tondan çox məhsul əldə olunub.
Xaçmaz rayonunda son 3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 9 min hektarı keçib. Təsərrüfatçılar əkin prosesini davam etdirirlər. 2018-ci ilin payız mövsümündə rayonda 700 hektara yaxın fındıq bağı salınıb. Fındıq bağlarının ümumi sahəsinin 10 min hektara çatdırılması nəzərdə tutulub.
Yeni salınan bağlarda hansı sortlar əkiləçək?
Yeni salınan bağlarda əsasən yerli sort tinglər əkilir. Bu bağlar 4-5 ildən sonra məhsul verməyə başlayacaq.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, fındıq bağlarında məhsuldarlıq ötən illərə müqayisədə artıb. Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Məhsulun bol olması isə bağ sahiblərinin daha çox gəlir əldə etməsinə imkan yaradır.
Rayonun Çiləgir kəndindən olan fermer Oktay Mahmudovun sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb.
Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdırlar. Lakin indi daha çox fındıq bağlarına üstünlük verirlər.
Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə az zəhmət tələb edir.
Xaçmaz rayonunda 21 min 386 hektar meyvə bağı var ki, bunu da təxminən 40 faizini fındıq bağları təşkil edilib.

Qusar fındıq əkininə görə şimal bölgəsində ikinci yerdədir. Bu rayonda 6 min 139 hektar fındıq bağları mövcud olunub.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, mövcud fındıq bağlarının 2 min 200 hektarı son illərdə salınıb.
Belə ki 100 hektar bağ intensiv üsulla becərilir. Rayondakı 3 min 324 hektar bar verən fındıq bağından təsərrüfatçılar bu il 3 min 100 ton fındıq əldə ediblər.
Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir.
Fındığın satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir. Misal üçün, Quba rayonunda son 3 ilə kimi cəmi 115 hektar fındıq bağı mövcud idi. Hazırda isə fındıq bağlarının ərazisi 2 min 140 hektara qədər artırılıb.
Şabranda respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan rayonlardan biridir. Burada 1000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulurdu.
Təsərrüfatçılar 2016-cı ildən başlayaraq nəzərdə tutulan plan əsasında fındıq bağlarının sahəsini 1200 hektara çatdırıblar.
Yeni salınan fındıq bağlarında əkilən tinglər əsasən Zaqatala-Balakən zonasından gətirilib. Bundan əvvəl rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 176 hektar təşkil edilib.
Fındığın məhsuldarlığı və ixracı

Azərbaycan dünya ölkələri içərisində fındıq ixracına görə ilk pillələrdə yer alır. Ölkəmizdə fındığın 130-dan çox sortu yetişdirilir.
Mütəxəssislər bildirirlər ki, fındıq kollarının indiki məhsuldarlığını iki dəfəyədək artırmaq mümkündür.
Bağ sahibləri fındığın yetişdirilməsi haqqında səhv təsəvvürə malikdir. Ona görə də təsərrüfatçılar kol bitkisi olduğunu düşünüb ki, fındığın budanmasını, dərmanlamasını həyata keçirmir. Həmçinin ağaclara da gübrə vermirlər. Ancaq halbuki bu aqrotexniki qaydalara əməl olunarsa, fındıq kollarından 5-6 yox, 12-13 kiloqram məhsul toplamaq mümkün olacaq.