Sınaqdan çıxmış xalq təbabət nümunələri

Tibet xalq təbabətinə görə bu içki oynaqlara, artıq piylənməyə, yaddaşsızlığa, baş hərlənməsinə və görmənin yaxşılaşmasına kömək edir.

Lazım olanlar:

  • 100 qr çobanyastığı,
  • 100 qr dazıotu
  • 100qr solmaz çiçəyi
  • 100qr tozağacı qabığı

Bunları ağzı bağlı bankaya qoyuruq. Axşam 1 xörək qaşığı bu qarışıqdan 0,5 litr qaynayan suya töküb altını söndürürük. 20 dəqiqə dəmlənir. Dəmləməni parça ilə(cuna ilə yox)süzürük. 1 stəkan bu suyun içinə 1 çay qaşığı bal töküb qarışdırıb içirik. Ondan sonra nə yemək, nədə heç nə içmək olmaz. Səhər duranda həmin sudan 1stəkan buxarda isidib, yenə 1 çayqaşığı bal töküb ac qarına yeməkdən 20 -25 dəqiqə qabaq içilir. Beləliklə, həmin bankadakı qarışıq qurtarana kimi hər gün 2 dəfə təzə dəmləyib içmək lazımdır.

Ödün müalicəsində zəncirotu yarpaqları

öd daşı təbaətd müalicəsi

Lazım olanlar:

  • Zəncirotu yarpaqları
  • 1-2 ədəd yumurta

Zəncirotu ödün dərmanıdır.Bu bitkinin təzə yarpaqlarını 10-15 dəqiqə duzlu suda saxlayın.Sonra acı suyunu sıxıb üzərinə suda bişmiş 1-2 ədəd yumurta əlavə edib qarışdırın.Yumurta xırda-xırda doğranmalıdır.Salatı hər gün hazırlamaq şərtilə 10-15 gün yemək lazımdır.Bu salat öd kisəsinin bütün problemlərini həll edəcək,habelə bu balaca orqanın fəaliyyətinin aktivləşməsinə kömək edəcəkdir.

Piylənmədən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Belə ki, balqabaq şirəsi piylənmənin tamamilə qarşısını alan  yeganə faydalı şirədir. 3-4 ay hər gün  yarım stəkan balqabaq şirəsi için.Bu şirə orqanizmdən artıq mayeni çıxaran və piylənmənin qarşısını alar.

Qaraciyərin təmizlənməsi üçün sınanmış bu vasitəyə lazım olanlar :

agroexpert.az qaraciyer saglamlığı üçün
  • Yarım kilo qıtıqotu
  • 100 qr bal
  • 1 litr su

Bunları bir-birinə qarışdıraraq ağzıbağlı halda 1 sutka saxlayın.Sonra gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin. Əgər qan təzyiqiniz aşağıdırsa,o zaman 100 yox 400 qr bal əlavə edə bilərsiniz.Bu vasitəni qaraciyərdən əziyyət çəkən hər bir şəxs edə bilər.Heç nə itirməyəcək,əksinə sağlamlığınızı bərpa etmiş olacaqsınız. 

Ürəyində problem olan insanların  köməyinə gələcək resept

Lazım olanlar :

ürək dərmanı
  • 10 ədəd təzə cəfəri yarpağı
  • 1 litr ev çaxırı
  • 2 xörək qaşığı təmiz üzüm sirkəsi
  • 300qr təmiz bal

10 ədəd təzə cəfəri yarpağının üzərinə 1 litr  ev çaxırı-qırmızı ya ağ fərq etməz və 2 qaşıq təmiz üzüm sirkəsi əlavə edib,10 dəqiqə vam odun üzərində qaynadın.Amma ehtiyatlı olun qarışıq odun üzərində çox köpüklənir.Sonra odun üzərindən götürüb üzərinə 300qr təmiz bal əlavə edib yenidən odun üzərinə qoyub 4-5 dəqiqə yaxşıca qaynadın.Alınan məhlulu isti-isti şüşə butulkalara doldurun.Gündə 4-5 xörək qaşığı qəbul edə bilərsiniz.Heç bir ziyanı yoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!