Siqaret tüstüsünün bitkilərə nə zərəri ola bilər?

Bilindiyi kimi siqaret sağlamlıq üçün olduqca zərərli və hətta öldürücüdür. Amma bilməli olduğumuz bir şey də var ki, siqaret tüstüsü təkcə insanların sağlamlığına yox, həm də bitkilərə zərər yetirir.

siqaret tüstüsü agroexpert.az

Bununla bağlı bir çox araşdırmalar da aparılıb.

Türkiyədə məktəblilər arasında keçirilən lahiyə yarışlarında bu mövzuya da toxunulub. Belə ki, məktəblilərin bir neçəsi siqaret tüstüsünün bitkilərin böyüməsinə, inkişfına olan təsirini eksperiment üzərində sübuta yetiriblər.

Bir qrup şagird araşdırmaya lobya toxumları üzərindəki təcürbə ilə başlayıblar.

Lobya toxumlarını eyni şərtlər altında iki fərqli plastik qab içində əkiblər. Əkilən lobyalardan birinin qabına hər  gün 10 dəqiqə siqaret tüstüsü verilib. Proses 5 gün davam edib. Bu günlər ərzində baş verən bütün dəyişliklər müşahidə olunub və qeydlər aparılıb.

Müşahidələr onu göstərib ki, siqaret tüstüsünə məruz qalan bitkinin yarpaqları daha balaca və ümumilikdə digər bitkiyə nisbətdə solğun olub. Bu siqaret tüstüsünün bitkilərə də ziyan vurmasına əyani sübut olub.

Həmçinin Trabzon Fənn Liseyinin 16 yaşlı şagirdləri Esra Baltacıoğlu və Nagihan Uzun da bu cür araşdırma aparıblar. Onların araşdırmaları əsasən taxıl bitkiləri, arpa üzərində olub.

Bitkilər səhər və axşamlar olmaq şərtiylə gündə 2 dəfə siqaret tüstüsünə məruz qoyulub. Məktəblilər bu bitkiləri siqaret tüstüsünə məruz qalmayan bitkilərlə müqayisə ediblər.

6 gün davam edən araşdırma zamanı tüstüyə məruz qalan bitkilərin daha solğun və zəif olduğu qeydə alınıb. Onlar bunasəbəbi kimi siqaret dumanının bitkilərə fotosintez prosesində maneə olmasını və bitki köklərinin inkişafını yavaşlatmasını göstəriblər.

Buna görə də biz sadəcə özümüzü yox, həm də bitkiləri siqaret tüstüsündən qorumalıyıq. Çünki onların sağlamlığı, elə bizim də sağlamlığımız deməkdir!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669