Şıqqıldaq böcəyi və sovka ilə mübarizə

Şıqqıldaq böcəklər (Elateridae)

Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyil. Ancaq onların torpaqda yaşayan məftilqurdu adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur.

şıqqıldaq böcəyi

Böcəklərin bədəni uzunsov olmaqla, bir qədər yastıdır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı, orta döşdə isə çökəkcik (oyuq) vardır. Böcək arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içərisinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çuxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.

Sürfələr (məftil qurdları) – sarımtıl, yaxud qəhvəyi rəngdədir. Başı yastı, dəri örtüyü xitinləşmişdir. Onların bir bərabərdə üç cüt döş ayaqları vardır. Zərərverici ən çox turş reaksiyalı meşə torpaqlarında yaşayır.

Məftil qurdları ən çox buğda, arpa, qarğıdalı, kartof, çuğundur, günəbaxan, tütün, pambıq bitkilərini zədələyir. Onlar nəinki bitkinin kök sistemini, hətta səpilmiş toxumları belə tamamilə yeyir. Meyvəköklülərdə (kartof, çuğundur, yerkökü və s.) sürfə meyvələrin içərisinə girir. Meyvələrin daxilinə girən sürfələrin açdığı yolla xəstəlik törədicilər daxil olaraq, meyvələri çürüdür və onları uzun müddətə saxlamaq olmur.

Sürfələr parniklərdə və tingliklərdə də bitkiləri zədələyir. Təsadüf edilən şıqqıldaq böcək növlərinin inkişaf tsiklləri, zədələmə xüsusiyyətləri və onlara qarşı aparılan mübarizə üsulları bir-birinə bənzəyir.

Şıqqıldaq böcəklərin inkişafı zəif gedir. Bir nəslin inkişafı 3-5 ilə başa çatır. Əksər növləri müxtəlif yaşlı sürfə və böcək fazasında qfşlayır. Qışlamış böcəklər qışlama yerlərindən çıxır, aprel, iyul aylarında yumurta qoymağa başlayır. Sürfə 3-4 ilə inkişaf edir. İyun, avqust aylarında torpağın 8-15 sm dərinliyində puplaşır. Pup fazası 2-3 həftə davam edir və ondan çıxan böcəklər gələn ilin yazına qədər torpaqda qalır.

Mübarizə təbdbirləri. 

Əsasən aşağıdakı tədbirlər həyata keçirilir.

  1. Torpaq diqqətlə becərilməlidir. Heriklərdə kultivasiya aparılmalıdır. Dərin dondurma şumu aparılmalıdır. Şum zamanı kiçik yaşlı sürfələr və pupların bir qismi mexaniki əzilmə nəticəsində məhv olur və zərərvericilərin sayını xeyli azaldır.
  2. Məftil qurdu ilə yoluxmuş sahələrə az zədələnən bitkilər (birillik paxlalılar) əkilməlidir.
  3. Bitkinin inkişafını sürətləndirmək üçün üzvi və mineral gübrələr verilməlidir. 

Payızlıq əkin sovkası (Agrotis segetum Sohiff)

Payızlıq əkin sovkası üçün zərərverici faza tırtıllardır və onlar olduqca müxtəlif mədəni bitkilər və alaq otları ilə qidalanır. Zədələyici bitkilərdən taxılı, tütünü, pambığı, günəbaxanı, tərəvəz və bostan bitkilərini göstərmək olar.

əkin sovkası

Torpaqda yaşayan tırtıllar cücərtiləri və onun kök boğazını gəmirərək bitkiləri tamamilə məhv edir. Zərərvericinin yaşlı tırtılları qışlayır. Tırtıllar soyuğa olduqca davamlıdırlar. Tırtıllar adətən erkən yazda zərər vermir. Tırtıllar özlərinə yuva düzəldib pup halına keçirlər. Yazda, aprelin 2-ci yarısında pupdan kəpənəklər uçmağa başlayır. Kəpənəklər gecə uçur və qidalanır. Gündüzlər gizlənirlər. Uçan kəpənəklər əlavə olaraq çiçəklərin nektar şirəsi ilə qidalanırlar. Bir dişi kəpənək 2000-ə yaxın yumurta qoya bilir.

İkinci nəslin kəpənəkləri iyulda uçmağa başlayır. Kəpənək yumurtalarını tək-tək, alaq və ya mədəni bitkilər, yaxud torpaq üzərinə qoyur. 3-4 gündən sonra yumurtalardan tırtıllar çıxır. Tırtıllar gündüzlər torpaqda gizlənir, gecələr isə torpağın üst səthinə çıxıb, bitkilərin kök boğazını gəmirir. İyul ayının əvvəllərində birinci nəslin tırtılları öz inkişafını bitirir. Bu vaxta qədər 5 dəfə qabıq dəyişərək 6 yaş keçirir, 2-ci nəsil isə bundan sonra başlayır.

Payızın əvvəllərində ikinci nəslin axırıncı yaşda tırtılları qışlamağa başlayır.

Mübarizə tədbirləri. 

  1. Aqromexaniki tədbir olaraq heriklər becərilməli və orada olan alaq otları məhv edilməlidir. Dərin dondurma şumu və cərgə aralarının becərilməsi tırtıl və pupların əksəriyyətini məhv edir.
  2. Bioloji mübarizə olaraq yumurtayeyən trixoqrammadan istifadə edilməlidir. 
  3. Kimyəvi mübarizədə əkin sovkası zərərvericisinin iri yaşlı tırtıllarına qarşı 1,5 kq raqorla 50 kq şrot qarışığından alınan (hər hektara 50 kq hesabı ilə) aldadıcı yem verilməsi yaxşı səmərə verir.

Danadişi ilə mübarizə haqqında bu məqalədən oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673