Sırğa çiçəyinin (Fuchsia) yetişdirilməsi və qulluğu

Gündəlik həyatınızda demək olar ki, heç qarşınıza çıxmayan “Sırğa gülü”, rəngi və duruşu ilə göz qamaşdıran bir çiçək növüdür. Sallanmış görünüşü ilə sırğa şəklinə oxşayan sırğa çiçəyinin elmi Fuchsia olaraq adlandırılmışdır. Bəs, sırğa çiçəyinin xüsusiyyətləri nələrdir? Sırğa gülü necə yetişdirilir? Bütün bu sualların cavabını Agroepxert.az oxucularına təqdim edir.

sırğa çiçəyi

Elmi olaraq Fuchsia olaraq adlandırılan “Sırğa gülü” sallanmış görünüşü ilə sırğa adlandırılan bir çiçəkdir. Tropik Orta və Cənubi Amerikanın dağlarında yetişən bu çiçəyin 100-ə yaxın növü vardır. Bəzi qaynaqlar da Sırğa çiçəyinin ana yurdu Meksika kimi keçir. Bəzək bitkisi olan sırğa gülü ümumiyyətlə quru olmayan, küləkli yarı kölgəlik yerlərdə yetişməyi sevir. Əsli dibçəklərdə yetişdirilən və ecazkar tonlu rənglərilə (bənövşəyi, qırmızı, çəhrayı və ağ) göz qamaşdıran sırğa çiçəyinə mümkün olduqda yarpaqlarına arabir su fısqırtmağınız tövsiyə edilir. Su çiləyənlə bitkinin həşəratlardan uzaq qalmasına köməkçi  olduğu deyilir..

Sırğa çiçəyinin xüsusiyyətləri nələrdir?

Sırğa gülü narın budaqlara malikdir. Uzun illər yetişdirə biləcəyiniz bu çiçəyi bir bəzək bitkisi kimi istifadə edə bilərsiniz. Bitkinin budaqlarından çiçəkləri aşağıya doğru sallanır. Çiçəkləri qırmızı, bənövşəyi, ağ və çəhrayı rəngindədir. Sırğa gülü 2 rəngli olacaq şəkildə bir görünüşə sahibdir. Xarici görünüşü ilə hamını sehrləyən və gerçəkliyi müzakirə olunan bu çiçəyin, hər il çiçək verməsi üçün müntəzəm qulluq etmək lazımdır. Bu məna içərisində ən mühüm amillər düzgün suvarma, günəşləndirmə, məhsuldarlaşdırma və dərmanlamaq. Yanvar ayında əkilməsi tövsiyyə edilir.

Sırğa çiçəyinin qulluğu necə olmalıdır?
  • Qış aylarında bitkiyə  evin içində baxmağınız, inkişafı üçün daha faydalı olacaq. Ancaq hansı şərtdə olursa olsun, sırğa çiçəyini 5 dərəcənin altında qoymamaq lazımdır.
  • Çiçəklərini asanlıqla tökməyən sırğa gülü, yarı kölgə yerləri sevir. Birbaşa günəş işığına məruz qalarsa çiçəklərini tökməyə başlayır.
  • Saxsı dəyişikliyi ildə bir dəfə yaz istiləri başlamadan, yazda aparılır.
  • Seçdiyiniz saxsı qabda mütləq drenaj dəliyi olmalıdır, yoxsa artıq olan su bitkiyə zərər verir.
  • Sırğa çiçəyinin torpaq istəyi boş torpaqdır. Yəni keçirici torpaqları xoşlayırlar.
  • Torpağı çox isti olmamalıdır, yoxsa çiçəklərinin tökülməsinə səbəb ola bilər.
  • Gübrələmə prosesi yazın ortasından yaz sonuna qədər həftədə 1 dəfə edilməlidir.
  • Suvarma çox olsa, çiçəyin tumurcuqları tökülməyə başlayır. Yay aylarında suvarma miqdarını artırıb, qış aylarında azaltmaq lazımdır.
  • Sırğa gülü qulluğu üçün budama da əhəmiyyətlidir. Budama qış aylarında aparılmalıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107