Şirniyatdan imtina etmək istəyənlər üçün Resept

Hər kəs bilir ki, pəhriz saxlayanlarda güclü şirniyyat istəyi yaranır. Mütəxəssislər həmin şəxslərə şəkərlə mübarizədə küncütdən istifadə etməyi tövsiyə edirlər.

agroexpert.az şirniyyat kuncut sudu pehriz resepti 1

Tərkibi:

  • 100 qr küncüt
  • 1 x.q. bal (məcburi deyil)
  • 1 l su

Hazırlanması:

Agroexpert.az saytı Sağlamolun.az – a istinadən Küncüt südünün hazırlanma qaydasını təqdim edir. Küncütü axşamdan suda isladın, səhər suyu süzün. Küncütü təmiz su ilə yuyub blenderə tökün, üzərinə bir stəkan su və bal əlavə edib blenderdə qarışdırın. Daha sonra qalan suyu tökün və yenidən qarışdırın, sonra mayeni yaxşı süzün. Küncüt südü hazırdır.

Küncüt südünü hər gün səhər yeməyindən əvvəl acqarına içmək lazımdır. Bu reseptdən istifadə edənlər sübut edir ki, 1 həftədən sonra şirniyyatlara olan meyl xeyli azalacaq.

Bundan əlavə küncüt südü əla təbii kalsium mənbəyidir. Kalsium orqanizm üçün ən vacib maddələrdən biridir. Kalsium sümük, diş, saç, dırnaqlar, dəri, əzələlərin (o cümlədən üzər əzələsi üçün) sağlamlığında böyük rol oynayır. Adi inək südü ilə müqayisədə küncüt südündə kalsiumun miqdarı qat-qat daha çoxdur.

Küncüt südünü uşaqlara da verə bilərsiniz.  

Antioksidantlarla zəngin olan küncüt həmçinin qocalıq prosesini ləngidir və xərçəngin yaranma riskini azaldır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!