Şirvan qoyun cinsi

Şirvan qoyun cinsi Azərbaycanda ən qədim cinslərdən olub, adını yarandığı və geniş yayıldığı ərazidən götürmüşdür. Şirvan qoyunu xalq seleksiyası nəticəsində yaradılmışdır. Respublikanın Şirvan, Muğan bölgələrində və Abşeron yarımadasında yetişdirilir. (Arealına daxildir: Göyçay, Ucar, Zərdab, qismən də Lənkəran və Salyanın şimal ərazisi).

Bu qoyun cinsi Ləzgi Qarabağ qoyunlarının cütləşməsindən yaranır. Bu səbəbdəndə həmin cinlərin xarakterik xüsusiyyətlətinin bir növ daşıyıcısıdır. 

Yeri gəlmişkən onu da qeyd edək ki, bu cinsə xalq arasında “dönmə” cins deyilməsi onun göstərilən qoyun cinslərindən yaranması ilə əlaqədardır. 

Eksteryer və məhsuldarlıq göstəricilərinə görə Qarabağ qoyun cinsinə yaxındır. Lakin quyruq forması və yununun keyfiyyətinə görə bir qədər ləzgi  qoyun cinsinə oxşayır.

şirvan qoyun cinsi haqqında ətraflı məlumat
Diqqət. Şəkildəki qoyun cinsi şirvan qoyun cinsinə aid deyil. Əgər sizdə şirvan qoyun cinsinin fotosu varsa, saytın e-mail adresinə və Fb səhifəsinə göndərə bilərsiniz.

Qoyun cinsləri…     Qoyunların sinifləşdirilməsi… 

Azərbaycanın qədim yerli, xüsusən Şirvan zonasında təsərüffatlarda geniş yayılmış bu cins, əsaən ətlik-südlük, qismən yunluq istiqamətli olan qoyun cinslərindən biri.

Şirvan qoyun cinsi boyca xırda, südü az və yunu nisbətən aşağı keyfiyyətli olur. Rəng etibarı ilə 8 % -i ağ, qalanları isə rənglidir. Yunun 18 % -i zərif olub, ləzgi qoyunlarının yununa oxşayır. İldə bir dəfə qırxılan şirvan qoyunundan orta hesabla 1.6-2.2 kq, qoçlardan isə 2.4-2.8 kq-a qədər yun qırxılır. 

Şirvan qoyunların ümumi orta diri çəkisi 40 kq.dır. Lakin

  • ana şirvan qoyununun çəkisi 32-43kq,
  • erkəklərin orta çəkisi 56-65kq,
  • qoçlarda orta 50.7 kq (46-55kq) olur.

Şirvan qoyunları duzlaşmış otlaqlara uyğunlaş­mırlar. 

Agroexpert.az saytı bir çox mövzular, heyvanlarla yanaşı, ölkəmizdə yaradılan, yayılan və gətirilən qoyun cinsləri haqqında sizləri məlumatlandırmaq üçün ətraflı məqalələr hazırlamağa çalışır. Əgər haqqında bilmək istədiyiniz, sizə maraqlı olan və saytda tapa bilmədiyiniz qoyun cinsləri varsa, bu haqda bizə rəy bölməsində və ya e-mail, Fb səhifəsindən yaza bilərsiniz. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!