Sitrus bitkilərinin becərilmə texnologiyası

Sitrus bitkiləri – Sədovkimilər fəsiləsinə, Narınc və ya qızıhmeyvəlilər yarımfəsiləsinə aiddir. Narınc yarımfəsiləsi 3 cinsi və 177 növü birləşdirir. Buraya Sitrus, Ponsirus və Fortunella cinsləri daxildir. Sitrus meyvə bitkilərinə limon, naringi, portağal, qreyfurt və s.aiddir.

Sitrusların növləri və becərilmə texnologiyası

Limon

limonLimonun 200-ə yaxın sortu vardır ki, bunlardan ölkəmizdə daha geniş yayılanları:

  • Meyer;
  • Yeni Gürcüstan;
  • Lisbon;
  • Villa-Franka;
  • Udarnik;
  • yerli Gəncə.

Bağın salınması

Limon bağı üçün seçilmiş sahə sərnələrə bölünür və sortlardan, calaqaltının tinindən, becərilmə texnoligiyasından asılı olaraq bitkilər müxtəlif qida sahələri ilə əkilir.

Sərbəst çətir forması verilmiş, nisbətən güclü boya malik olan sortlar üçün:

  • 4×3 m
                   ⇔    orta boylu sortlar üçün qida sahələri verilir.
  • 2×1,5 m   

Dağ yamaclarında sərilən formalar üçün 3×3 m qida sahəsi məsləhət görülür.

Naringi bağı da limon bağı kimi təşkil edilir

Qida sahəsi 4×3 m, 4×2,5 m, yamaclarda isə 3×3 m verilir.

Gübrələmə

narıncıAparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, üzvi və mineral gübrələrin birgə verilməsi ağacların soyuğa davamlılığını artırır, məhsuldarlığı yüksəldir.

Hər hektara 2-3 ildən bir bu təsiredici maddələri verildikdə bitkilərin ümumi inkişafı təmin edilir:

  • 30-40 t peyin;
  • 180-200 kq azot və fosfor;
  • 120-150 kq kalium.

Otaq şəraitində və örtülü sahələrdə hər bitkinin gövdə ətrafında, hər elementdən 60-100 q və 12-20 kq peyin verilməsi məsləhət görülür.

Naringi sortları

Naringi sortları əmələgəlmə və yayılmasına görə müxtəlif olduqlarından onlar torlu naringi növü daxilində 7 pomoloji qrupa ayırılır.
Unşiu qrupu.

Bu qrupa keçmiş SSRİ ərazisində becərilən əksər sortlar (Kovano – Vase, Ovari, Silverxil, Kartuli saadres və s.) aiddir:

  • Tanjerin və Suxoykan qrupu;
  • Suntara-ponkan və Çin hindistan qrupu;
  • Mədəni naringı və ya Hindi-Çin-Malayziya qrupu;
  • Xırda meyvəli və ya Çin-Yapon qrupu;
  • Hibrid formalar qrupu;
  • Kovano-vase və ya Ovar;
  • Silverxil və Klementin;
  • Pioner 80 və ya Soçinskiy 23.

portağalPortağal

Dünyada sitruslar içərisində ən geniş yayılmış növdür. Zəngin kimyəvi tərkibə, ətirli-şirəli meyvələrə malik portağal Yer kürəsinin 90-dan çox ölkəsində becərilir.
Portağalın 10 000 qədər sortu məlumdur. Yalnız Qafqazın Qara dəniz sahili rayonlarında 200-dən artıq sortu cəmlənmişdir.

Geniş yayılmış aşağıda qeyd etdiyimiz sortları:

  • Pervenets;
  • Vaşinqton Navel;
  • Luçşiy suxumskiy;
  • Hamlin;

Bağın salınması

Portağal bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4×3 m, 4×2,5 m, yamaclarda isə 3×3 m verilir.

Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri: 

Sitrus meyvə bitkilərinin əsas zərərvericiləri – Yastıcalar, minalayıcı sitrus güvəsi, tor gənəciyi, istixana tripsi, mənənə və sairələrdir.

sıtrus bitkiləriBunlara qarşı mübarizədə poliqor və yaxud onları əvəz edən yeni, bu preparatlardan istifadə etmək olar:

  • bazinon 1,0-1,2l/ha;
  • korban 2,0 l/ha;
  • kunq-fu -0,4 l/ha;
  • Dnok 0,4 l/ha;
  • 0,1%-li topsin M;
  • 0,2%-li akreks;
  • 0,2%-li karbofos.

Sitrus meyvə bitkilərinin əsas xəstəlikləri:

Hommoz, kif, antraknoz, fitoftoroz, bakterioz, nekroz, dəmgil və s. qarşı mübarizədə 0,4% sineb, 1% bordo məhlulu, 1%-li mis kuporosu ya 3 %-li dəmir kuporosuyaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107