Sitrus bitkilərinin şaxtadan qorunması

sitrus meyvələrin şaxtadan soyuqdan qorunması üsulları

Sitrus plantasiyalarında aparılan bütün aqrotexniki tədbirlər bitkinin məhsuldarlığını və şaxtaya davamlılığını artırmağa yönəldilməlidir. Bitkilərin şaxtaya davamlılığı zoğ və yarpaqların yetişmə dərəcəsindən və bitkilərin fenoloji fazalarının vaxtında, normal keçərək qışa hazır olmasından asılıdır.  

Bitkilərin şaxtaya davamlılığını artırmaq məqsədilə vegetasiya dövründə əmələ gələn yeni zoğların möhkəmlənməsi və yarpaqların tam yetişməsi üçün aşağıdakı aqrotexniki tədbirlər görülməlidir:

  • plantasiyalarda cərgə araları yaz və payızda vaxtlı-vaxtında və keyfiyyətlə şumlanmalıdı,
  • avqust və sentyabr aylarında cərgə aralarına səpilmiş siderat bitkiləri, yaşıl gübrə erkən yazda ön kotancıqlı kotanlarla toprağa basdırılmalıdır,
  • toprağa üzvi və mineral gübrələr verilməklə bitkilərin yaxşı qidalanması təmin edilməlidir,
  • bitkinin çətrinə qulluq və məhsuldarlığın tənzimlənməsi vaxtında qurtarmalıdır,
  • plantasiyalardan artıq suların payız aylarında çıxarılması ilə əlaqədar, cərgələr arasında 15-20 sm dərinlikdə drenlər qazılması işi vaxtında başa çatdırılmalıdır,
  • sentyabrın axırlarında və oktyabr ayında əmələ gələn yeni zoğlar kəsilib atılmalıdır,

Sitrus bitkilərini qışda şaxtadan qorumaq üçün müxtəlif tədbirlər görülür. Bunlardan biridə bitkilərin dibini kök boğazı səviyyəsindən 35-40 sm qədər torpaqla doldurmaqdır.

Tökülmüş torpaq yumşaq, alaqdan təmizlənmiş və quru olmalıdır. Torpaq bərk olanda ona çay və ya dəniz qumu qatırlar.

Sitrus bitkilərinin növündən asılı olmayaraq, 2-5 yaşında olan bütün cavan bitkiləri şaxtadan fərdi qaydada qoruyurlar. Bu məqsədlə qışda ağacların çətri gövdə və əsas budaqların qabığının zədələnməsi şərtilə ehmallıca bir yerə yığılaraq sərbəst bağlanır.

Sitrus bitkiləri şaxtadan qrup halında da qorunur.

Bu məqsədlə karkaslar düzəldilir. Bitkinin yaşından və inkişafından və inkişafından asılı olaraq, karkasların həcmi dəyişir. Cərgələrdə bitkilərin eni sabit qaldıqda karkasların həcmi də sabit saxlanılır. Karkas hər 2-3 m-dən bir qövs şəklində əyilmiş qalın məftil, dəmir boru və ağac ilə bərkidilir. Hazır karkasların üstünü üç qat tənziflə, yaxud başqa qoruyucu materialla sıx örtür və aşağı dartıb ağac, yaxud dəmir qarmaqlarla torpaq səthinə bərkidilir.

sitrus meyvələrin şaxtadan soyuqdan qorunması üsulları

Karkasların üzərini əvvəlcə birqat polietilen pərdə ilə örtür, onu topraq səthinə az (15-20 sm) qalmış hər iki tərəfdən karkas skeletini təşkil edən qövslərə bərkidirlər. Bundan sonra polietilenin üstünü parça olmayan “Sitrus” materialı ilə, yaxud tanzifi əvəz edən başqa vasitələrlə örtürlər. Örtük altındakı bitkilərin yarpaq və zoğları örtükdən 15-20 sm aralı olmalıdır.

Örtüklər sıradan tez çıxmasın deyə onların torpaq səthinə bərkidiləcək yerlərinə məftil halqalar tikilir. Örtüklərin kənarları bu halqalarla torpağa bərkidilir. Bu üsulla tənzif örtükləri 2-3 il, plyonka , tənzifi əvəz edən pərdələr isə üç il işlənir.

Sitrus bitkilərinin şaxtadan qorunması işləri təsərrüfatlarda şaxtalar düşənə qədər başa çatdırılmalıdır.

Lənkəran zonasında ilk şaxtaların, adətən, dekabrın ortalarında düşməsinə baxmayaraq, bəzən şaxtalar noyabrın birinci yarısında da olur. Örtüklərin düzəldilməsindən qabaq yetişmiş limonlar dərilir, xırda yetişməmiş meyvələr isə ağacda saxlanılır.

sitrus meyvələrin şaxtadan soyuqdan qorunması üsulları

Ehram şəkilli fərdi örtük karkasları polietilenlə örtüləcəksə, örtüyün havalanması üçün çətrin yuxarı hissəsinin karkası 2-3 qat tənziflə örtülür. Bu da örtükdə havanı quru və bayırla əlaqəli saxlayır.  Şaxtadan qrup halında qorunan sitrus bitkiləri şaxtasız havalarda, örtüklərin başları açılaraq havalandırılmalıdır. Bununla da bitkinin yarpaqlarının vaxtından tez tökülməsinin qarşısı alınır. 

Sitrus bitkilərinin örtülməsi noyabrın ikinci yarısından dekabrın birinci beş günlüyünədək davam edir. Limon başqa sitrus bitkilərindən tez örtülməlidir. 

Bütün sitrus bitkiləri (yazda martın ikinci yarısında) örtükdən azad edilir. Örtük götürüləndən sonra, ağacın dibinə yığılmış torpaq dağıdılır. Torpaq dağıdılarkən elə etmək lazımdır ki, calaq yeri torpaq səviyyəsindən 4-5 sm yuxarı olsun.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Sitrus bitkilərinin şaxtadan qorunması

  • Ocak 20, 2018 tarihinde, saat 12:04 pm
    Permalink

    А где источник информации? Откуда скопирована статья?

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669