Sitrus bitki zərərvericiləri və xəstəliklərinə qarşı mübarizə tədbirləri
AMEA-nin Genetik Ehtiyatlar Institutunun Qarabağ Elmi Tədqiqat Bazasının baş aqronomu alim Şirinov Məhəmmədin qeydləri əsasında…
Sitrus bitkilərinin növündən, hansı qayda ilə bəcərilməsindən aslı olmayaraq xəstəliklərə və zərərvericilərə qarşı mübarizə qaydaları hamısı üçün eynidir. Sitrus bitkilərinə

- qalxanlı böcəklər,
- gümüşü və qırmızı sitrus gənəcikləri,
- tripis və mənənə,
- unlu qurd,
- yastıcalar ziyan vururlar.
Xəstəliklərdən ən qorxulusu
- hommoz,
- askoxitoz,
- antraknoz,
- qara his, pas, qəhvəyi pas,
- unlu şehdir.
Zərərvericilərə qarşı mübarizə aparmaq üçün ümumi dərman reseptləri
- Gənə və yastıcalara qarşı: Emgenol 800. Norması: 1.5 lt 100 lt suya qatılır.
- Yaşıl mənənəyə qarşı: Kormicarb. Normasə: 30 qr 100lt suya qatılır.
- Sitrus ağqanadına qarşı: Avirmes EC. Norması: 25 ml 100 lt suya qatılır.
- Sarı yastıca, qızılı yastıca, unlu yastıca, yaşıl mənənəyə qarşı: Movento 100 ES.Norması: 75 ml 100lt suya qatılır.
- Gümüşü gənə və qırmızı gənəyə qarşı: Pramilte. Norması: 75 qr 100lt suya qatılır.
Sitrus bitkilərinin xəstəliklərinə qarşı

1. Bordo məhlulu hazırlamaq üçün (1-%-li): 100lt suya 1 lt əhəng sudu (rusca izvestkoviy moloko) qatılır, yaxşı qarışdırılır, sonra onun üzərinə 1 kq göy daş,yəni mis sulfat töküb yenə qarışdırmaq lazımdır. 10 dəqiqədən sonra isə bu məhlulla ağacları çiləmək üsulu ilə çimizdirmək lazımdır.
Diqqət. Məhlul ancaq ağac və ya plastmas çəlləkdə hazırlanmalıdır. Dəmir qabdan qəti şəkildə istifadə etmək olmaz.
2. Pas, unlu şeh, yarpaq xəstəliklərinə, qara hisə qarşı: Topaz K E. Norması: 1 hektara 0.5-0.125 lt.
3.Qəhvəyi ləkəlilik xəstəliyinə qarşı: Koruval 50WP. Norması: 100 qr 100lt suya qatın. Koperhid 50WP. Norması: 300qr 100lt suya əlavə olunur.
Bütün həşarat və zərərvericilər ağacın qabığında, çatlarında toplaşaraq kolonya təşkil edirlər. Sitrus bitkilərində onlara qarşı mübarizə aparmaq üçün:
2-4 %-li yağlı emulsiya, yeni 100 lt suya 2-4 lt ya transformator yağı, ya da dizel yanacağı qatmaqla ağacı çimizdirmək lazımdır. Vegetasiya dövründə zərərvericilərin süfrələri əmələ gələn vaxtda bu emulsiya 5%-li olmalıdır.
Maraqlı məlumat… Ağacın yarpaqlarında qara his, pas ləkələri varsa bu nəyin əlamətidir?
Əgər ağacınızda yastıca, qırmızı, sarı gənə, unlu qurd, yaşıl mənənə varsa, bu qara his xəstəliyi olacaq. Niyə? Ona görə ki, həmin xəstəliyi törədən göbələk elə həmin həşaratların ağız aparatından gələn şəkərli (saxaristi) şirələrdən və ifrazatından qidalanır. Deməli, yuxarıda qeyd olunan dermanlarla o həşaratları məhv etseniz, eyni zamanda “Qara his” xəstəliyi ilə də mübarizə aparmış olacaqsınız.
>>>> Sitrus birkilərinin şaxtadan qorunması <<<<<