Skumbriya dolması (RESEPT)

Balıqdan dolma olarmı? deyə heç düşünməyin..Çox ləzzətli, içi doldurulmuş skumbriya balığı həm görüntüsüylə, həm də dadıyla qonaqlarınızı təəccübləndirəcək. Agroexpert.az ləzzətli skumbriya balığından dolma reseptini təqdim edir.

skumbriya dolması
Tərkibi:
  • 8 ədəd skumbriya balığı
  • 3 ədəd soğan
  • 1 ədəd limon
  • yarım stəkan zeytun yağı
  • 2 stəkan çəkilmiş qoz ləpəsi
  • 1 stəkan xırdalanmış boyat çörək içi
  • 1 çay qaşığı qırmızı pul bibər
  • 1 dəstə cəfəri
  • 1 dəstə şüyüd
  • yarım stəkan pomidor püresi
  • duz
Hazırlanma qaydası:

Balıqların baş hissələrini kəsin və bir kənarından açın. Rəndələnmiş soğanı zeytun yağında qovurun. Limon suyunu əlavə edib qarışdırın. Bir qabda çəkilmiş qoz ləpəsi, xırdalanmış boyat çörək içi, qırmızı pul bibər, xırda doğranmış cəfəri, şüyüd, pomidor püresi və duzu əlavə edib qarışdırın. Hazırladığınız içliyi  balıqların içinə doldurun. Bişərkən açılmaması üçün bir iplə bağlayın. Zeytun yağında yüngülcə qızardıb isti sobada 15 dəqiqə bişirin. Bişmiş skumbriya dolmasını süfrəyə isti halda verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669