Şmallenberq xəstəliyi və ona qarşı mübarizə tədbirləri- mütəxəssis tövsiyəsi

Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki ,havaların isti keçməsi ilə əlaqədar ağacaqanadların aktiv mərhələsidir. Bu də xəstəliklərin,eləcədə Şmallenberq xəstəliyinin yayılmasına şərait yaradır.

Bununla əlaqədar olaraq fermerlərdən həftədə azı bir dəfə heyvanları baytar həkiminin nəzarəti altında xüsusi dezinfeksiyaedici məhlullarla  çimizdirilməsi xahiş olunur. 

Bildiririk ki, Bunyavirus (Bunyaviride) ailəsinə məxsus olan, el arasında “üçgünlük” xəstəlik adlanan Şmallenberq virus xəstəliyi ilk dəfə 2011-ci ilin avqust ayında Almaniyada iribuynuzlu heyvanlar arasında aşkar edilib. Virusun adı xəstəliyin ilk dəfə aşkar olunduğu Şmallenberq şəhərinin adı ilə bağlıdır.

Şmallenberq virusu xəstəliyi heyvanlarda mədə-bağırsaq pozulması, qanda laxtalanmanın əmələ gəlməsi, hərarətin yüksəlməsi, doğulmuş balaların tələf olması və ya qüsurlu, ölü bala doğulması, məhsuldar heyvanlarda süd məhsulunun kəskin azalması ilə müşayiət edilir.

buynuz-kəsimi-agroexpert.az_

Şmallenberq transmissiv xəstəlikdir. Xəstəlik ağcaqanadlar, mığmığalar və digər qansoran həşəratlar vasitəsilə yayılır. Bu virus xəstəlik insana keçmir, yalnız heyvanlarda müşahidə edilir. Xəstəlik birbaşa heyvandan-heyvana da keçmir.

Xəstəliyin əsas klinik əlamətləri yemdən qalır, iştahası zəif olur, heyvan tez bir zamanda süst vəziyyət alır, onlarda vaxtından əvvəl doğuş başlayır, sağım çox aşağı düşür, boğazlığın axırıncı dövrlərində balasalma baş verir.

Simptomatik müalicəsi olaraq heyvandan qanalma və sistem köçürmə (NaCl -0.9%-li məhlulu və ya ringer məhlulu, diklofenak və ya deksametazon, B12, B6 və C vitaminləri tətbiq edilir, əzələyə isə antibiotik penstrep tətbiq edilir) yolu ilə həyata keçirilir. 

Aqrar Xidmətlər Agentliyi bildirir ki, təsərrüfatlarında saxlanılan heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilərsə, dərhal sahə baytarlıq məntəqəsinə və ya rayon(şəhər) baytarlıq idarələrinə müraciət etsinlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669