Smatrfon bakteriyaları tapa biləcək!
Məhsullardan tez-tez xəstəlik tutmaq (xüsusən yaxşı yuyulmayıbsa) mümkündür. Burda günahkar bakteriyalardır. Bunlar əsasən tərəvəzlərdə görülən listeriya və salmanelladır. Lakin smartfonlar üçün ixtira edilmiş yeni alət stola qoymağa hazırlaşdığınız salatların sağlam olub-olmadığını təyin edə biləcək.
UMass Amherst universitetindən kimyagər Lili Xi məhsullardakı bakteriyaların aşkar edilməsi üçün yeni həll tapıb. Bunun üçün sizə smartfon və telefonun kamerasına taxılan 30 dollarlıq mikroskop lazımdır.
Yoxlama alqoritmi
Məhsulu götürüb (alma, kartof) su ilə yuyub bir qaba yerləşdirin. Bu qaba su əlavə edib, içərisinə bakteriya tapmaq üçün istifadə olunan mikrosxemi yerləşdirin və bu sxemə mikroskopla baxın. Telefonun ekranında avtomatik bütün zərərli bakteriyalar nöqtə şəklində görünəcək. Sadəcə şəkli çəkin vəssəlam. Bu normal bakteriya təyin etmə ləvazimat və vaxtından dəfələrlə az və tez başa gələn üsuldur.
İnventarın zəif tərəfi dəqiq olmamasıdır. Amma bu ixtiranı rahatlıqla evdə istifadə etmək olar.
Mənbə: Modern Farmer