SMM: ən yaxşı paylaşma vaxtları

Məlum, texnologiyalar dövründə yaşayırıq və bu dövr özü ilə bir-çox peşələr təsis edib. Rəqəmsal dünya fiziki dünyadakı satışları üstələməyə başlayı bəzi sektorlarda. SMM, SEO, Content Manager, bloqqer və sair kimi mütəxəssislər isə daha çox tələb olunur artıq. SMM (Sosial Media Meneceri), öz işini düz qurmayana kimi önəmli peşə sayılmır. Ona görə bu gün sizə SMM üçün vacib biliklərdən biri, “sosial şəbəkələrdə ideal paylaşma vaxtları haqqında” danışacayıq.

Təbii burda kənar faktorlar çoxdur. Məsələn, əgər sizin kontingentiniz bir-birindən fərqli saat qurşağında yaşayırsa bu qaydalar daha mürəkkəb hesablanır. Və yaxud təhsil işçiləri və tələbələr dərs zamanı sosial şəbəkəni çox aktiv istifadə edə bilmir. Amma yenə də ümumi qaydalar mövcuddur.

paylaşma vaxtları

Facebook-da ideal paylaşma vaxtları

Sağdakı infoqrafika sizi yanıltmasın, o ən yaxşı vaxtı göstərir. Ümumiyyətlə, FB-də şənbə və bazar günü effekt digər günlərə görə 30% daha çox olur. Saat olaraq isə, səhər 9, günorta 1 və 3 daha yaxşıdır. Saat 1-də paylaşılan məqalələr daha çox oxunur.

İnstagram-da ideal paylaşma vaxtları

Ən effektiv gün Bazarertəsi və Cüməaxşamı sayılır. Ən düşük gün bazar günüdür. Ən yaxşı paylaşım saatları səhər 8-10 arası və günorta 5. Xüsusən səhər video paylaşanda şəklə görə daha çox effekt verir.

LinkedIn-də ideal paylaşma vaxtları

LinkedIn çox istifadə edilmir. Halbuki oranın sakinləri daha intellektualdır. Şəxsən bizim ora qoyduğumuz məqalələr çox oxunmur. İş dünyasını təmsil etdiyi üçün həftə sonu və iş saatları xaricində effekt çox düşür. Ən yaxşı vaxtlar: 2-3-4-cü günlər, iş saatının sonuna doğru. Yaxşı oxunma əldə etmək üçün iş saatı başlayarkən, fasilə və iş sonunda məqalə paylaşın. İş və iclas saatlarında oxunma çox düşür.

Pintereset-də ideal paylaşma vaxtları

Ən yaxşı paylaşım vaxtı həftəsonlarıdır. İş günlərində zəif efekt verir. Ən yaxşı saat isə şənbə günü günortadan əvvəlki saatlardır. Yaxşı paylaşım geridönüşümü üçün yemək, sağlam həyat, tekstil, hədiyyə və səyahət kimi mövzulara güc verin.

Qeyd: Əslində ən ideal paylaşım vaxtı, hədəf kütlənizin ən aktiv olduğu saatlardır. Məsələn, bir idman əşyaları mağazanız varsa, Çempionlar Liqası yarış saatları sizin üçün ən yaxşı paylaşım vaxtıdır. Təbii ki, hamı oturub futbola baxarkən, paltaryuyan barədə paylaşımın yeri varmı? Bəlkə də var, çünki TV futbolla məşğul olduğu üçün böyük ehtimal xanımlar sosial şəbəkədədir məcbur.

Sonda sizə başqa bir infoqrafik də təqdim edirik. Burda sosial şəbəkələrdə paylaşım üçün ən yaxşı və ən pis günlər qeyd edilib.

paylaşma vaxtları

Paylaşımların mövzusu da geri dönüşüm üçün vacibdir. Tutaq ki, agroexpert.az saytındakı sarımsaq əkini barədə məqaləni, sarımsaq yığımı dönəmində paylaşsanız, insanlar üçün çox maraqlı olmayacaq. Çünki insanlar cari problemlərin həlli ilə məşğuldur. Amma südlük heyvan saxlayan fermerə, süd istehsalını artırmaq barədə məqalə hər zaman maraqlı ola bilər.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!