Sobada ballı ördək resepti

Ördək əti çox ləzzətli olur. Üstünə narşərab,  bal və portağalın qarışığından hazırlanan ləziz şirə vurub bişirdiyində ətin dadı daha da yaxşılaşır. Ördəyin dərisinin çox yağlı olmasına baxmayaraq, sobada bişirildiyində, yağ süzülüb gedir.  Ördək sousda karamelləşdirilən portağal və limon dilimləriylə bəzənilib süfrəyə verilir.

Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək

“Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir

2-3 nəfərlik

Ərzaqlar:
2 kilo yarım-3 kiloluq bütöv ördək
Xörək duzu və təzə döyülmüş qara istiot

Ətin üzərinə çəkiləcək şirə üçün:
¼ fincan yüngül tamlı bal
¼ fincan narşərab
2 xörək qaşığı təzə sıxılmış portağal şirəsi (suyu)

Bəzəmək üçün:
1 portağal,1 limon – hər ikisi 8 hissəyə bölünür.
Zövqə görə doğranmış cəfəri.

Ördəyin Hazırlanması: Soba 150C dərəcə tempraturda qızdırılır. Ətin boğaz,pətənək,ürəyi çıxarılır, qarın boşluğu tamamilə təmizlənir. Boğaz hissədə artıq qalan dəri bıçaqla kəsilib atılır. Təmizlənmiş ördək soyuq suda yuyulur,həm iç,həm də bayır tərəfdən yaxşıca qurudulur. İti bıçaqla döş hissəsindəki dəri bütünlüklə paxlava naxışı kimi kəsilir. Elə etmək lazımdır ki ət kəsilməsin. Bıçağın ucu ilə dəri, xüsusi ilə də yağlı hissələrdən deşilir (bu bişərkən dərinin yağının süzülməsinə imkan yaradır). Ətin içinə və bayırına duz,istiot vurulur. Ördəyin ayaqları mətbəx vişi (möhkəm ip) ilə birləşdirlib bağlanır,qanadlar isə ördəyin arxasına qatlanır.

Qızardılması: Ördəyin sinə hissəsi yuxarı olmaqla dərin tavaya (tava dəsti şəkildə kimi kimi olmalıdır ki,qızararkən yağ dəmir içlikdən altdakı tavanın içinə süzülsün) yerləşdilir. Sobaya qoyulub bir saat qızardılır. Sonra sobadan çıxarılır, iti bıçaqla sinə üzərindəkı dəri və bud ətrafında yağlı hissələr deşilir. Ördək sinəsi üstə tavaya çevrilərək qoyulur, 1saatdan çox bu vəziyyətdə qızardılır. Lazım gələrsə tavaya toplanmış yağ qaşıqla yığılır. Sonra ördək arxası üstə çevrilir , yenə bıçaqla müxtəlif yerlərdən deşilir,daha 1 saat qızardılmağa qoyulur. Yenidən sobadan çıxarılır,üzəri bıçaqla deşirlir,sinəsi üstdə tavaya qoyulur. Ördək bütünlüklə bişənə və dəri altındakı yağ tam əriyənədək təxminən 1 saatdan artıq qızardılır. ( Bütövlükdə ördək təxminən 4 saat qızardılmalıdır.)

Şirənin hazırlanması: Bal, narşərab, portağal şirəsi balaca qazana tökülüb qaynadılır. Vam odda qatılaşana və sirop halına düşənəcən,təxminən 5 dəqiqə bişirlir.

Ördək bişdikdən sonra sobanın tempraturu 205C dərəcəyə qaldırılır. Ördəyin ön (sinə) hissəsi yuxarı vəziyyətdə olmaqla 10 dəqiqə qızardılaraq bişirilir. Sonra üzərinə hazırlanmış şirədən bir qədər çəkilir, dəri xırçıldayana və qızılı qəhvəyi rəng alanadək daha 5 dəqiqə sobada qızardılır. Bu zaman diqqət yetirmək lazımdır ki,ət qızararkən şirə yanmasın. Sobadan çıxarıldıqdan sonra qızarmış ördəyi 10 dəqiqə bir kənara qoymaq lazımdır.

Meyvələrin bişirilməsi: Ayrıca tava orta oddakı tempraturda qızdırılır. Doğranmış portağal və limon dilimləri şirənin artıq qalan hissəsinə batırılır,şirələnir və tavaya qoyulub hər iki üzü karamel rəngi alanadək,təxminən 3dəqiqə, bişirilir.

Süfrəyə vermək üçün hazır ördək qızartması böyük dayaz boşqaba qoyulur,ətrafı şirədə bişmiş portağal və limon, zövqə görə cəfəri ilə bəzədilir.

 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!