Sobada ətli pirojki (RESEPT)

Sobada bişən ətli pirojkilər soyuduqda belə yumşaq qalır. Agroexpert.az üzəri qızılı rəngli, xırçıldayan, şirəli içlikli pirojkinin reseptini təqdim edir.

sobada

Tərkibi:

Xəmiri üçün:
  • 650 qr un
  • 250 qr kərə yağı
  • 200 ml su
  • 0,5 çay qaşığı duz
  • 0,5 xörək qaşığı şəkər tozu
  • 1 xörək qaşığı uksus
  • 2 ədəd yumurta
İçlik üçün:
  • 600 qr yumşaq mal əti və ya qoyun əti
  • 2 ədəd soğan
  • 100 qr quyruq yağı (əgər ət yağlı deyilsə)
  • duz
  • istiot
Üzəri üçün:
  • 1 ədəd yumurta
Sobada ətli pirojkinin hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün unu bir qaba ələyin. Soyuq kərə yağını bıçaqla una bulayaraq xırdalayın. Yumurta, duz, şəkər tozu və uksuslu suyu unun üzərinə əlavə edib yaxşıca yoğurun. Xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin.

İçlik üçün ətin yağlılığını zövqə görə müəyyənləşdirin. Əti bıçaqla xırdalayın (ətçəkən maşından istifadə etməyin!).Üzərinə xırda doğranmış soğan əlavə edib,duz və istiot səpib qarışdırın.

Xəmirdən kiçik kündələr götürün və dəzgahın üzərində oxlovla yühgül yayın. Yaydığınız kiçik yuxanın bir küncünə 1 xörək qaşığı içlik qoyub kənarlarını bükün. Pirojkinin kənarlarını şəkərbura kənarları kimi bükün. Eyni qayda ilə qalan kündələri içliklə doldurub bükün. Pirojikləri siniyə düzün, üzərinə yumurta sarısı çəkin və 200 dərəcə qızıdırılmış sobada yarım saat bişirin. Üzəri qızılı rəng alan pirojkiləri sobadan götürüb süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!