Sobada palamut balığı (RESEPT)

Sentyabr ayında artıq palamut kimi mövsümün məşhur balıqları balıq dəzgahlarını bəzəməyə başlayıb. Bir çox fərqli şəkildə bişirilən bu balığı, ədviyyatlar və zeytun yağı ilə marina edərək sobada bişirə bilərsiniz. Yanına da arzu etdiyiniz bir salatı hazırlayıb şam yeməyində süfrəyə verə bilərsiniz. Agroexpert.az sobada yağlı kağız üzərində öz suyu və ləzzətini itirmədən bişən palamut yeməyinin reseptini təqdim edir.

palamut
Tərkibi:
  • 2 ədəd orta böyüklükdə palamut balığı
  • 6 xörək qaşığı zeytun yağı
  • 1 ədəd baş soğan
  • 1 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 1 budaq biberiyə (rozmarin)
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
Hazırlanma qaydası:

İlk öncə balıqları yaxşıca təmizləyib bol suda yuyun. İçi təmizlənmiş və yuyulmuş balıqları kağız salfetlə yaxşıca qurulayın. Daha sonra balıqlara dad verməsi üçün rəndənin xırda hissəsində rəndələyirsiniz soğanın suyunu sıxın. Dərin bir qabda soğan suyunu təzə sıxılmış limon suyu, zeytun yağı, bibəriyə və istiotla qarışdırın. Palamut balığını bu qarışığın içərisinə yerləşdirib 30 dəqiqə saxlayın. Marinə etdiyiniz balıqları qarışığın içərisindən götürüb iç və üst hissələrini duzla ovun. Balıqları yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin və əvvəlcədən 200 dərəcə qızıdırılmış sobada üzü qızaranadək təxminən 40-45 dəqiqə bişirin. Zövqə görə limon dilimləri ilə servis edin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика