Sobada qutab – Resept

agroexpert_Az qutab-resepti-sobada

Qutabı sobada da bişirmək mümkündür. Necə? Agroexpert.az saytı Lovely Culinary-yə istinadən təqdim edəcəyi resept sayəsində sobada asanlıqla qutab bişirə biləcəksiniz. Sacın üzərində bişən qutabdan fərqli olaraq sobada hazırlanan qutab daha kiçik ölçülü olur. Bu qutabların dadı da adi- qazın üzərində bişən qutabdan fərqli və dadlı olur.

Göyərti və ətli içliklə hazırladığım qutab reseptini sizə təqdim edirəm.

Lazım olan ərzaqlar:

  • 3 stəkan un
  • 1 stəkan su
  • 1 çay qaşığı duz və 1 çay qaşığı maya
Göyərtili içlik :
agroexpert_Az qutab-sobada-resept
  • Keşniş
  • Şüyüd
  • Göy soğan
  • İspanaq
  • Kəvər
  • Zirinc
  • Duz
  • İstiot
Ətli içlik:
agroexpert.az qutab-resepti-sobada-3
  • 300 qr çəkilmiş ət
  • 2 ədəd balaca soğan
  • zirinc
  • duz
  • istiot
  • sumaq
  • Qutabları yağlamaq üçün kərə yağı
  1. Əvvəlcə içliklər hazırlanır. Göyərtilər yuyulub qurudulduqdan sonra xırda doğranır , zirinc, duz və istiot ilə qarışdırılır.

2. Ət soğan ilə birlikdə ətçəkən maşından keçirilir, zirinc, duz, istiot və sumaq vurulub qarışdırılır.

Xəmir üçün maya ilıq suda isladılır, sonra una duz, maya əlavə olunur, ilıq su az-az əlavə olunaraq xəmir yoğurulur. Xəmiri isti yerdə üzərini örtüb 1 saat mayalanmağa qoyun.

agroexpert.az qutab-sobada-resepti

Mayalanmış xəmiri kiçik , qoz boyda kündələrə ayırın. Hər kündəni un ilə 10-15 sm diametrdə yayın. Yaydığınız yuxaların içinə, dairənin yarısına içlik qoyun, digər yarısını üzərinə gətirərək kənarlarını bərkidin.
Hazır qutabları tavaya yığın. Sobanı əvvəlcədən qızdırıb ən yüksək temperaturda 230-250 dərəcədə qutabların hır iki üzünü bişirin. Bişdikdən sonra qutabları isti-isti kərə yağı ilə yağlayın.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика