Sobada quzu qabırğası

quzu qabırğası

Dadına doyum olmayan bu möhtəşəm ləzzəti evinizdə sevdiklərinizə və ailənizə hazırlaya bilərsiniz. Agroexpert.az asanlıqla hazırlaya biləcəyiniz sobada quzu qabırğası reseptini təqdim edir.

Tərkibi:
  • 1 kq quzu qabırğası
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1/2 çay qaşığı bal
  • 1 çay qaşığı bibər pastası (tomatı)
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
  • 1/4 çay qaşığı qırmızı bibər tozu
Hazırlanma qaydası:

İlk öncə soğanı rəndələyib suyunu çıxardın. Sarımsaqları rəndələyin. Soğan suyu, rəndələnmiş sarımsaq, bibər pastası(tomatı), zeytun yağı, bal,duz, istiot və qırmızı bibər tozunu tel çırpıcıyla  qarışdırın. Quzu qabırğaları hazırladığınız marinə qarışığı ilə qarışdırın. Qapağı örtülü qabda marinə edilmiş quzu qabırğanı soyuducuda 1-2 saatlıq saxlayın. Ətləri yağlı kağız sərilmiş soba sinisinə düzün, zövqə görə yanına  sarımsaq və acı bibər düzə bilərsiniz. Əvvəlcədən 200 dərəcə qızdırılmış  sobada 10 dəqiqə bişirin. Daha sonra sobanın temperaturunu 160 dərəcəyə endirib arabir nəzarət edərək  təxminən 60 dəqiqə bişirin. Bişən quzu qabırğanı süfrəyə isti halda verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика