Sobada toyuq və kartof

Eyni ərzaqlardan fərqli yeməklər hazırlamaq mümkündür. Sadəcə bir az istək və düşünmək lazımdır. Sobada toyuq hər formada bişirlə bilər. Bu gün biz sizə fərqli saydığımız bir üsuldan bəhs edəcəyik.

Lazım olanlar: sobada-kartof-toyuq-1

  • 1 ədəd toyuq 
  • 6-10 ədəd kartof
  • əridilmiş yağ
  • cirə, keşniş toxumu
  •  razyana
  • duz
  • istiot

Hazırlanması:

  1. Kartof təmizlənib yuyulur, toyuq yuyulub qurudulur. Toyuq duzla və qara istiotla sürtülür. Kartofda kəsiklər düzəldilir. Lakin tam axıra kimi kəsilmir.
  2. Ədviyyatlar qarışığı hazırlanır, bunun üçün eyni miqdarda cirə, keşniş toxumu və razyana götürülüb qəhvəüyüdəndən keçirdilir. Alınmış ədviyyatdan bir toyuqa 2 çay qaşığı götürülür. Toyuq və kartoflar həmin ədviyyatla hər tərəfli yağlanır.
    Toyuğun üzərində bir neçə yerdən bıcaqla dəliklər yaradılıb ədviyyatla doldurulur. Toyuğun altına bir xörək qaşığı əridilmiş yağ əlavə edilir, ümumi 3-4 x/q əridilmiş yağdan istifadə ediləcək. Sonda tavanın üzərinə yarım stəkan su tökülür. sobada-kartof-toyuq-3
  3. Toyuq və kartoflar 1 saatlıq əvvəlcədən 190-220 dərəcədə isidilmiş sobaya yerləşdirilir. Və hər 10 dəqiqədən bir toyuq və kartofların üzərinə artıq tavada olan əridilmiş yağdan qaşıqla tökülməlidir.

Hazır olan yeməyi fərqli sunumlarla süfrəyə verə bilərsiniz.

sobada-kartof-toyuq-7

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!