Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub

Bərdə rayonunda “Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub. Assosiasiya 120 soğan istehsalçısının iştirakı ilə  yaradılıb.

Yeni assosiasiya ilkin olaraq Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Şəmkir və Beyləqan rayonlarında soğan istehsalı ilə məşğul olan fermerləri öz sırasında birləşdirir.

Assosiasiyanın əsas məqsədi
  • ölkədə soğana olan tələbatı yerli istehsal hesabına tam ödəmək,
  • bu məhsulun ixracının daha da artırılmasına nail olmaqdır.

Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası öz fəaliyyətini

  • soğan istehsalçılarının bilik və bacarıqlarının artırılması,
  • fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.

Tədbirdə soğan istehsalı ilə məşğul olan fermerlər çıxış edərək Assosiasiyanın işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

Sonra tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub. Yekdilliklə qəbul edilib, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.

Fermer Vüqar Babayev “Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İB-nin idarə heyətinin sədri, fermer Murad Rüstəmov isə sədr müavini seçilib.

Sonda assosiasiyanın gələcək fəaliyyəti və soğançılığın inkişafı ilə bağlı fermerlərlə müzakirələr aparılıb.

Təsis yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, soğan istehsalı ilə məşğul olan fermerlər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика