Soğan şirəsi
Soğan şirəsi nəyə faydalıdır ?
A, B və C vitaminləri, fosfor, kükürd, yod kimi faydalı elementlərlə zəngin olan soğan şirəsi bir çox xəstəliklərin dərmanıdır.
Soğan şirəsindən, xüsusilə, qış aylarında bol-bol istifadə etmək lazımdır. Çünki o, soyuqlamanı, öskürəyi, bronxit və boğaz ağrısı kimi xəstlikləri aradan qaldırsın. Soğan şirəsində olan komponentlərin bronxial astma zamanı da faydalı olduğu bildirilir. Eləcə də, soğan şirəsi immuntitet, həzm və ürək-damar sistemi üçün də faydalıdır.
Bundan başqa soğan sümük əriməsi və xərçəng kimi xəstəliklərə qarşı orqanizmi mühafizə etmək xüsusiyyətinə sahibdir. 100 qram soğanı soyub iri hissələrə bölə və 200 qram suda 10 dəqiqə qaynadaraq istifadə edə bilərsiniz.
Qeyd: Soğan şirəsindən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi unutmayın!
Hansı soğan daha faydalıdır? Ağ, sarı ya qırmızı?