Şokolad sevənlər üçün “Şokoladlı tort”

Çay süfrələrini həm görünüşü , həm də dadı ilə cəlb edən  ləzzətlərindən ən başlıcası tortlardır. Bitter şokolad və kakao ilə hazırlanan tortların bir dilimini yeyən bir dilim daha istəyəcək. Agroexpert.az  şokolad sevənlər üçün “Şokoladlı tort”un reseptini təqdim edir.

şokolad

Tərkibi:

Keks üçün:

  • 4 ədəd yumurta (otaq temperaturunda)
  • 1/2 çay qaşığı duz
  • 5 xörək qaşığı soyuq su
  • 150 qr şəkər tozu
  • 2 xörək qaşığı kakao
  • 1 paket vanil
  • 3 xörək qaşığı un
  •  3,5 xörək qaşığı nişasta
  •  1 xörək qaşığı kərə yağı (keks qəlibini yağlamaq üçün)
Kremi üçün:
  • 2,5 stəkan süd
  •  1/2 stəkan şəkər tozu
  • 1/2 stəkan buğda nişastası
  •  2 xörək qaşığı kakao
  •  140 qr bitter şokolad (əridilmiş)
  •  200 qr  otaq temperaturunda yumşaldılmış kərə yağı
Qanaş üçün:
  • 1 paket qaymaq
  • 200 qr bitter şokolad
  • 30 qr ağ şokolad
  •  1,5 stəkan xırdalanmış fındıq

Şokoladlı tortun hazırlanma qaydası:

Keksi hazırlamaq üçün  4 ədəd yumurta ağı, yarım çay qaşığı duz və 5 xörək qaşığı soyuq suyu  mikserlə yaxşıca çırpın. Ayrı qabda ayırdığını 4 ədəd yumurta sarılarının üzərinə 150 qr şəkər tozu və 1 paket vanil əlavə edərək krem halına gələnədək çırpın. Çırpdığınız yumurta ağlarını yumurta sarılarına əlavə edin və bir taxta qaşıq (spatula) köməyi ilə ehtiyyatla qarışdırın. 3 xörək qaşığı un, 3,5 xörək qaşığı nişasta, 2 xörək qaşığı kakao və 1 paket qabartma tozunu ələyib yumurta kütləsinin üzərinə tökün. Təkrar spatula köməyi ilə aşağıdan yuxarıya doğru ehtiyyatla qarışdırın . Hazırladığınız qarışığı yağlanmış qəlibə tökün və əvvəlcədən 180 dərəcə qızdırılmış  sobada 25 dəqiqə bişirin.

Kremi hazırlamaq üçün dərin bir qazana 2,5  stəkan süd, yarım stəkan şəkər tozu, yarım  stəkan nişasta və 2 xörək qaşığı kakao tökün. Ocağın üstünə yerləşdirib qatılaşanadək dayanmadan qarışdıraraq bişirin. Qatılaşan kremin içərisinə 140 qram bitter şokoladı əlavə edin və əriyənə qədər qarışdırıb ocaqdan götürün.

Qanaş üçün 1 paket qaymaq və  200 qram bitter şokoladı zəif odda şokolad əriyənədək qarışdırın. Şokolad və krem bir-birinə yaxşıca qarışıb parlaq bir görünüş aldıqda qazanı  ocaqdan götürün.

Otaq temperaturunda soyuyan tort kreminin içərisinə 200 qram kərə yağını əlavə edib mikserlə  yaxşıca çalın və tortu hazırlayana qədər soyuducuda gözlədin.

Bişmiş və soyumuş keksi ortadan ikiyə bölün və alt bazanı tortu hazırlayacağınız boşqaba yerləşdirin. Üzərinə soyuducuda saxladığınız şokoladlı kremin 3-də 1-ini əlavə edib yaxşıca hər tərəfinə yayın.  Qalan keksi də kremin üzərinə yerləşdirin və tortun hər tərəfinə krem yaxın. Tortu ən az 2 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz tortun üzərinə hazırladığınız şokoladlı qanaşı  tökün və kənarlarını  1,5 stəkanı xırdalanmış fındıq ilə örtün. 30 qr əridilmiş ağ şokoladı tortun üzərinə dağınıq səpin və zövqə görə şokoladlar ilə üzərini bəzəyin.

Nuş olsun!

Qeyd: Zövqə görə tortun üzərinə tək krem yaxıb meyvələrlə bəzəyə bilərsiniz. Tortu hazırladıqda keksin nəmli olması üçün şirin südlə islada bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!