Şokoladın faydası və zərərləri

Şokoladın vətəni və növləri

Bu məhsulun bir sıra müalicəvi xassələri haqqından əfsanələr yaradılmışdı. XVI əsrdə o, dövlət sirri elan olunur. Və bu sirri açan hər kəs edam edilirdi. Uzun zamanlar bu məhsulu yalnız yüksək təbəqədən olan insanlar istifadə edə bilirdi. Çünki onun istehsalı çətin, inqredientləri isə baha idi. Bəli, söhbət şokoladdan gedir.

şokoladŞokoladın vətəni Mərkəzi və Cənubi Amerika sayıılır. 1480-cı ildən etibarən şokolad Avropada tanınmağa başlayır. Onu İspaniyaya alim olan rahib Bensoni gətirmişdi. Uzun zamanlar bu sevimli təamın hazırlanmasında Fransa lider ölkə hesab edilirdi. Tərkibindən asılı olaraq tünd, ağ və südlü şokoladlar olur.

Tünd şokolad 

Daha qiymətli sayılır. O xüsusi ətiri və tünd dadı ilə insanı cəlb edir. Adətən onun tərkibinə üyüdülmüş kakao , şəkər pudrası və kakao yağı daxil edilir. İnqredientlərin faiz nisbətini dəyişərək istənilən dadı, ətri almaq mümkündür. Kakao nə qədər çox olarsa, bir o qədər şokolad tünd və ətirli alınar.

Südlü şokolad

Onun hazırlanmasında şəkər tozuna və kakaoya quru süd və yaxud quru qaymaq əlavə edilir .

Ağ şokolad

Onu kakao yağının, şəkərin, quru südün və vanilinin qarışığından əldə edirlər. Onun tərkibinə kakao tozu əlavə olunmadığı üçün şokolad ağ rəngdə alınır. Bu şokolada xüsusi quru süd əlavə olunduğu üçün onun xüsusi karamel dadı olur.

Məsaməli şokoladlar

Onu xüsusi vakuum plitələrdə maye halında dörd saat ərzində 35- 40° -də saxlayaraq əldə edirlər. Bu şəraitdə saxlanaraq şokolad məsəməli alınır.

Şokolad haqqında maraqlı faktlar

şokoladİlkin olaraq «şokolad» sözünün bir neçə mənası var idi. Aztek dilindən o , «acı su» , yunan dilindən isə «Allahların qidası» kimi tərcümə edilirdi.

1875 -ci ildə iki isveçrəli Daniel Peter və Henri Nestle qatılaşdırılmış süd ilə şokoladın qarışdırılma üsulunu icad edirlər. Beləliklə, dünyada ilk südlü şokolad əmələ gəlir.

Ən böyük şokolad plitəsi 4, 42 ton ağırlığında olub və Ginnesin rekordlar kitabına daxil edilib. Onun uzunluğu 5, 6 m, hündürlüyü 25 sm, eni isə 2, 75 m təşkil edirdi.

Stress vəziyyətində olan insanlar nisbətən normal vəziyyətdə olan insanlardan 55 % qədər çox şokolad istifadə edirlər.

Şokoladın bir neçə inqredientləri ürək və damar sistemi üçün çox xeyirlidirlər.

Məhz fransızlar iyirmi il əvvəl bu təamın şərəfinə bayram fikirləşmişdilər.

Şokoladı tez-tez yeyənlər nəzərə alsınar ki….

İmtina edə bilmədiyimiz qidalardan biri olan şokoladın insan orqanizminə həm faydalı, həm də zərərlidirŞokolad EB vitaminləri, dəmir, maqnezium, kalsium ilə zəngindir.

Mütəxəssislər hər gün az miqdarda acı şokolad yeməyin qan laxtalanması və qəfil infarkt riskini azaltdığını bildirirlər.

Xüsusilə qadınların psixologiyasına müsbət təsir göstərən şokolad beyin qanaması riskini azaldır, stressi azaldaraq insana xoşbəxtlik bəxş edir (endorfin hormonunu yüksəltmək yolu ilə), qandakı şəkər miqdarını tarazlaşdırır.

Lakin bütün bunlar yalnız acı şokolada aiddir. Əksər insanların xoşladığı südlü şokolad, ağ şokolad bu faydalı xüsusiyyətlərdən məhrumdur. Belə şokoladın istehlakı orqanizmə faydadan çox ziyan vurur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669