Sosial şəbəkələr haqqında ən yeni məlumatlar

Dünyada 2.2 milyard istifadəçisi olan Google şirkəti “Google+” (Google Plus) adlı sosial şəbəkəsinin bağlancağı tarixi açıqlayıb. 

“Google” şirkəti xüsusi dəstək səhifəsində “Google+” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib. Bu barədə ictimaiyyətə şirkətdən məlumat verilib. “Google Plus”un 2 aprel 2019-cu il tarixində bağlanılması ilə əlaqədar istifadəçilərə elektron məktub göndərilib.Həmin tarixdən sosial şəbəkədə şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. “Google+” hesabı bağlandıqdan sonra şəkillər “Google Photos” xidmətindən yoxa çıxmayacaq.

Fevralın 4-dən isə “Google+” şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində “Google+” xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində “Google”un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək. sosial şəbəkələrdə baş verən ən son yeniliklər. Fb,G+,YouTube, Whatsapp

“WhatsApp” “Apple” istifadəçiləri üçün yeni mühafizə sistemi tətbiq edib.

İOS üçün yeni buraxılan paket “Touch İD” və ya “Face İD” vasitəsilə mesenceri açmaq imkanını verir. Beləliklə, hətta başqasının telefonuna girməklə də “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bunun üçün yeni mesencer versiyasının izahatında göstərildiyi kimi, “Parametrlər” – “Qeydiyyat” – “Məxfilik” komandaları verib ekranı blok düyməsini basmaq lazımdır. Sözü gedən mühafizə sistemi istənilən vaxt işə salına və söndürülə bilər.

Mark Zukerberq “Facebook”da insanlara göndərdikləri mesajları ləğv etmək imkanı yaradıb. Belə ki, 

“Facebook” sosial şəbəkəsi fevralın 5-dən “Messenger”də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb. Artıq bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz.

Bunun üçün ekranda mesajın üzərinə basmaq və “hamı üçün silmək”, yaxud “özün üçün silmək” variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.

Yeni funksiya “iOS” və “Android” əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq. Mesajın silindiyi dərhal bilinir.

“Facebook” bəyan edib ki, mesajlar silinsə də, istifadəçilərin təhqirlərə görə şikayət etmək haqları var.

Keçən ilin aprel ayında Mark Zukerberqin adi istifadəçilərdən fərqli olaraq öz mesajlarını silə bildiyi məlum olub. İnsanlar bunu biləndə, şirkət bir neçə aya bu imkanı hər kəs üçün mümkün edəcəyinə söz verib.

Ən məşhur “Messenger”lər arasında bu funksiya ilk dəfə 2015-ci ilin noyabrında “Viber”də quraşdırılıb. “Telegram”a bu imkan 2017-ci ilin avqustunda verilib və mesaj göndərildikdən 48 saat müddətində onu silmək mümkün olub. Həmin ilin oktyabr ayında “Whatsapp”da da bu imkan reallaşıb.

“YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar bütün dünyada, həmçinin Rusiya, ABŞ, Ukrayna, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya və Braziliyada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin şikayətlərinin 59 faizi videoların yayımında problemlərin olduğunu, 28 faizi saytın düzgün işləməməsini, 11 faizi isə öz hesabına daxil ola bilməməsini bildirir.

 

Mənbə.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика